Ölkə rəhbərliyi işğal sözünü deyə bilmir'- Erməni qaçqın
Bu gün Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyası keçirilib.
Azxeber.com xəbər verir ki, hökumət binası qarşısına toplaşan Qarabağdan olan "qaçqınlar" maddi sıxıntılarının olmasından, Hadrut və digər ərazilərə qayıda bilməmələrindən gileyləniblər.
Etirazçılardan biri hakimiyyətin Azərbaycan torpaqlarından əlini üzməsinə işarə vuraraq deyib ki, artıq rəhbər şəxslər Şuşanın adını dillərinə gətirmirlər.
- Nə vaxtsa səlahiyyətlilərin dilindən işğal sözünü eşitmədim. Hadrut və Şuşanın işğal edilməsi barədə kəlmə belə eşitmirəm. Sanki elə belə də olmalı idi. Mən heyrət içindəyəm artıq. - bir vaxtlar Hadrutda məskunlaşdırılmış və hazırda İrəvanda kirayə mənzildə yaşayan erməni jurnalistlərə deyib.
Digər etirazçı isə deyib ki, keçən dəfə aksiya keçirərkən məmurlar sosial problemləri həll etməyi və müvəqqəti yardım göstərməyi planlaşdırdıqlarını söyləyilər. Adambaşına ayda 25 min dram ayrılmasına qərar verildi. Amma o pulla kommunal xidmətlərin ödənməsi, kirayə haqqı, qida problemlərini həlli real deyil.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsi zamanı "qaçqın" düşən ermənilər dəfələrlə etiraz aksiyası keçiriblər. Onlar 30 il ərzində Azərbaycan torpaqlarında məskunlaşdırıldıqları üçün hökumət hazırda bu şəxslərə hansı pasportu verəcəyini bilmir.

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı