Ölkədən çıxışına "stop" qoyuldu
Xarici ölkədən avtomobil gətirmək adı ilə vətəndaşlara qarşı kütləvi dələduzluq əməlləri ilə gündəmə gələn Sənan Əsədzadənin ölkədən çıxışına məhdudiyyət qoyulub.
KONKRET.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi "Asadzade Sanan" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində məhkəməyə ərizə ilə müraciət edib.
Buna səbəb kimi nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Əsədzadə Sənan Yavər oğlunun Lokal Gəlirlər Baş İdarəsinə vergi borcunun olması göstərilib.
Məhkəmənin hökmü ilə 1998-ci ildə Beyləqan rayonunun Kəbirli kəndində anadan olmuş Sənan Əlizadənin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.
Qeyd edək ki, ötən ilin noyabr ayında Sənan Əsədzadə barəsində dələduzluq əməlləri ilə bağlı 17 epizod üzrə Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanıb. Müəyyən olunub ki, sahibkar xarici ölkədən avtomobil gətirmək adı ilə vətəndaşlardan 412 min dollar alaraq mənimsəyib və bundan sonra ölkəni tərk edib. /Qaynarinfo/
Xidmetler [newsid: 0-123300]

Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
Su bidonuna düşən 7 yaşlı uşaq öldü