Ölkəmizdə bir ilk: indi fiziki şəxslər də məsafədən bank hesabı aça bilər!

Ölkəmizdə bir ilk: indi fiziki şəxslər də məsafədən bank hesabı aça bilər!Müştərilərin vaxtına dəyər verən Azərbaycan Beynəlxalq Bankı onlar üçün məsafədən xidmət imkanlarını genişləndirməkdədir. Fərdi müştərilər indi banka gəlmədən özlərinə məsafədən hesab aça bilərlər. Fiziki şəxslər üçün bu imkanı ölkəmizdə ilk dəfə məhz Azərbaycan Beynəlxalq Bankı yaradıb.
Hesabın açılması prosesi səhifəsi üzərindən həyata keçirilir. Məsafədən hesabın açılması üçün fiziki şəxslər ilk növbədə "ASAN İmza"-ya sahib olmalıdırlar. Müştəri "ASAN İmza" vasitəsilə sistemə daxil olub lazımi sənədləri və məlumatları təqdim edir. Sonra özü videogörüş vaxtı müəyyənləşdirir. Videogörüş zamanı bank operatoru aparılacaq eyniləşdirmə və əlavə autentifikasiya barədə müştəriyə ümumi məlumat verir. Bank hesabının açılmasına və idarə olunmasına dair rəsmiləşdirmə prosesi tamamlandıqdan sonra isə Bank tərəfindən hesablar avtomatik açılır. Rəsmiləşdirmə sənədləri ilə birgə hesab rekvizitləri barədə məlumat müştəriyə təqdim olunur. Müştəri təqdim olunmuş sənədləri və hesab rekvizitlərini yükləyərək elektron qaydada və ya çap edərək özündə saxlaya bilər. Yeni açılmış hesab dərhal bankın mobil tətbiqində görünür və müştəri filiala getmədən mobil telefonu vasitəsilə bu hesab üzərindən bank əməliyyatları aparmaq imkanına malik olur. 
Bankda hesabın olması müasir dövrdə əksəriyyət üçün bir zərurətdir. Hüquqi şəxslər, sahibkarlıq subyektləri ilə yanaşı, fiziki şəxslər də özlərinə hesab açdıraraq müxtəlif bank əməliyyatlarını hesablar üzərindən nağdsız qaydada apara bilərlər. Bank hesabının açılması indiyə qədər müəyyən zaman tələb edən proses idi. Hesabın məsafədən açılması imkanı isə müştərinin əlavə vaxt sərf edərək banka gəlmək, növbədə gözləmək ehtiyacını  aradan qaldırır.
Bankın İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev bildirib: "Bu, Azərbaycan Beynəlxalq Bankının pərakəndə bankçılıq sektorunda tətbiq etdiyi daha bir innovativ ilkdir. Artıq hesab açmaqdan ötrü bankın xidmət ofislərinə gəlməyə ehtiyac yoxdur. Bunu hər kəs onlayn kanallar vasitəsilə çox rahat bir şəkildə həyata keçirə bilər. Məsafədən hesab açmaq fiziki şəxs müştərilərin işini asanlaşdıracaq, onlar üçün yeni və faydalı təcrübələr yaradacaq".
Azərbaycan Beynəlxalq Bankının fiziki şəxslər üçün təqdim etdiyi digər onlayn xidmət imkanlarından faydalanmaq üçün bankın mobil tətbiqini Google Play və            App Storedən yükləmək olar. /news.milli.az

İqtisadiyyat       Tarix: 18 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bu qun son xeber 2026 krimnal bugun idman xeberleri