Ölkənin birinci bankı cəmi gəlirlilik üzrə 2025-ci ilin lideridir

Ölkənin birinci bankı cəmi gəlirlilik üzrə 2025-ci ilin lideridirÖlkənin birinci bankı Kapital Bank 2025-ci il üçün maliyyyə hesabatını təqdim edib. 31 dekabr 2025-ci ilə aid hesabata görə bankın cəmi gəlirləri 2024-cü illə müqayisədə 27,6% artaraq 1 milyard 881 milyon 674 min manata çatıb. Bu nəticə ilə bank maliyyə bazarında rəqiblərini geridə qoyaraq banklar arasında lider mövqeyini qoruyub. Eyni zamanda son 3 ilin ən yüksək artım tempinə nail olub. Qeyd edək ki, ötən il bu göstərici 1 milyard 474 milyon 908 min manat olub. Məcmu gəlirlərin artması həm faiz, həm də qeyri-faiz gəlirlərindəki yüksəlişlə bağlıdır. Belə ki, 2025-ci ildə bankın faiz gəlirləri 38,8% artım nümayiş etdirərək 1 milyard 180 milyon 81 min manata çatıb. 2024-cü ildə bu göstərici 850 milyon 258 min manat təşkil edib. Qeyri-faiz gəlirlərində isə 12,3% artım müşahidə olunub: 2024-cü ildə 624 milyon 651 min manat həcmində olan bu göstərici 2025-ci ildə 701 milyon 592 min manata yüksəlib. 
Bankın xalis mənfəətində isə son 3 ilin ən yüksək nəticəsi qeydə alınıb. Belə ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə ölkənin birinci bankı 315 milyon manat  xalis mənfəət əldə edib. Bu, bankın  2024-cü ildə qazandığı 186 milyon 501 min manat xalis mənfəətdən 68,9% daha çoxdur.
Bankın kredit portfeli 4% artaraq 5 milyard 419 milyon 985 min manata çatıb. Bu göstərici 2024-cü ildə 5 milyard 211 milyon 207 min manat təşkil edib. Artıma daha çox istehlak və biznes kreditləri səbəb olsa da, göstəricinin əsas hissəsi istehlak kreditlərinin payına düşüb. 
Ötən il cəmi depozit portfeli 8 milyard 288 milyon 654 min manat təşkil edib. 2024-cü illə müqayisədə bankın depozit portfelində 7,7% azalma müşahidə olunub. 2025-ci ildə hüquqi şəxslərin depozitləri 5 milyard 151 milyon 830 min manat təşkil etdiyi halda, fiziki şəxslərin depozitləri 20,9% artaraq 3 milyard 136 milyon 823 min manata çatıb.
2025-ci ilə bankın kapitalı da 27% artıb. 2024-cü ildə bu göstərici 927 milyon 943 min manat təşkil etdiyi halda, ötən il 1 milyard 178 milyon 338 min manata çatıb. Qeyd edək ki, bankın kapitalı sistem əhəmiyyətli banklar üçün tələb olunan minimum 12,5%-lik normanı üstələyərək 14,14% təşkil edib.
2025-ci ilə ölkənin birinci bankının I dərəcəli kapitalının adekvatlıq əmsalı da yüksələrək 9,86% təşkil edib. Bu isə bankın nüfuzunu artıran və maliyyə dayanıqlılığını təmin edən əhəmiyyətli faktordur. Bu, bankın güclü maliyyə dayanıqlılığını təmin etməklə yanaşı, risklərin idarə edilməsi istiqamətində bütün müştərilər üçün mükəmməl resurslara sahib olduğunun göstəricisidir.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – , Birbank kartı sifarişi üçün – .  / azxeber.com

İqtisadiyyat       Tarix: 16 yanvar 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu

"Yelo Bank" 2026-cı ilin üçüncü rübünün (yanvar-sentyabr) maliyyə nəticələrini açıqlayıb. Doqquz ay ərzində bank 17,3 milyon manat xalis mənfəət əldə edib, aktivlərini və kredit portfelini genişləndirib, kapita

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.32% artaraq 4.179ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.24% bahalaşaraq 57.68 AB

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır

PAŞA Bank 14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşı qismində iştirak edir. Tədbir "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə baş tutur

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"


yeni xeberler azerbaycan xeberleri son xeberler en sonxeber hava durumu sonxabar az havanın temperaturu