Ölüm gətirən qızılca və valideynlərin buna qədər buraxdıqları səhvlər

Ölüm gətirən qızılca və valideynlərin buna qədər buraxdıqları səhvlərÖlüm gətirən qızılca və valideynlərin buna qədər buraxdıqları səhvlər...
Emilya Tağıyeva yazır...
Artıq hər gün qızılca xəstəliyi səbəbindən ölən uşaqlarla bağlı xəbərlər eşidirik. Bunun ən böyük səbəbi valideynlərin övladlarının (doğulduğu ilk gündən azı altı yaşına kimi) peyvənd olunmasından imtina etməsidir.
Ətrafımda olanlarla bu barədə söhbət elədim. Bəziləri tutarlı səbəblər gətirdilər. Filankəsin uşağı peyvənd olunandan sonra autizmə tutuldu, hələ də həkimlə məhkəmələri gedir; filankəsin övladının ayağı tutulub və sair.
Yəqin ki, bu xəbərləri eşidən hər bir valideyn övladını peyvənd etdirməkdən çəkinər.
Düşünürəm ki, məsələnin kökü daha dərindədir. Üç uşaq böyütmüş ana kimi deyə bilərəm ki, peyvənd vurdurma prosesi bir az həngamədir: uşağı poliklinikaya aparırsan, terapevtdən tutmuş stomatoloqa, cərrahdan tutmuş otolarinqoloqa kimi haradasa 10-15 həkimdən keçirməlisən. Hələ bir də təhlillər var ki, bunun üçün bəzi məsələlər evdəykən həll edilməlidir, həmçinin uşaq tibb müəssisəsinə acqarına gətirilməlidir və s.
Adətən valideynlər həftənin iş günləri məşğul olur, uşaqlar isə bağçaya gedirlər. Ona görə də bu yoxlanışlar həftənin şənbə gününə salınır. Həmin günü poliklinikadakı ajiotajı təsəvvür edirsiniz? Bir həkimin növbəsinə düşmək üçün saatlarla gözləməli olursan. Bəzən də növbədə o qədər uzun müddət qalırsan ki, sonda həkimin iş vaxtı bitir və sənin işin növbəti iş gününə qalır (dəfələrlə başıma gəlib).
Bunların içində ən çətini uşağı ram eləməkdir. Balaca uşaqlar laboratoriyanın olduğu mərtəbəyə çıxanda barmağının deşiləcəyini anlayıb ağlamağa başlayır, qulağı yoxlananda qorxur, dişlərinə baxmağa qoymur, boğazı müayinə ediləndə öyüyür... Sonra acır, susayır, yorulur, oynamaq istəyir, dəcəllik edir, başqa uşağın ağladığını eşidib ağlayır, sual verir və sair və ilaxır...
Bir də təsəvvür edin peyvənd üçün iki, ya üç uşaqla gəlirsən.
Buna görə, valideynlərin bəziləri bu prosesi tezləşdirmək üçün həkimin otağına girəndə həkim sual verməmiş "hə, yaxşıdır, heç bir şikayətim yoxdur" deyir.
7-8 saatlıq prosesi daha qısa "yollarla" bir saata həll edən, ya da müayinə zamanı həkim səhlənkarlığına məruz qalanlar da az deyil.
Nəticə eynidir: üzəri "müayinə edildi" möhürü ilə dolu arayış peyvənd vurdurmaq üçün həkimə təqdim edilir...
Bundan sonra həkimin peyvəndin yeri ilə bağlı verdiyi tövsiyələrə (iynə yerinə su dəyməməsi, müəyyən qədər pəhriz, qızartını nəzarətdə saxlamaq) nə dərəcədə riayət edilməsi məsələsi var.
Deməli, hamısında olmasa da, bəzi hallarda peyvənddən sonra uşağın orqanizmində yaranan problemlərin səbəbi vaksində deyil, yuxarıda sadaladığım prosesdən keçilən zaman atılan yanlış addımlardır. Bu isə öz növbəsində peyvənd əleyhinə kampaniyalara səbəb olur və sonu ağır nəticələrə gətirən zəncirvari proses başlayır... 
Sonda onu da deyim ki, peyvəndlənmə təkcə qızılcaya görə önəmli deyil. Bir yaşına qədər uşaq sarılıq, vərəm, göyöskürək, difteriya və s. təhlükəli xəstəliklərə qarşı haradasa 10-11 vaksinasiya prosedurandan keçir (bundan sonra 6 yaşına kimi səhv etmirəmsə iki vacib peyvənd var). Son vaxtlar uşaqlar arasında xəstəliyin bəzən aylarla çəkməsi, xroniki hal alması da bu "antipeyvənd aksiyasının" fəsadları ola bilər.
Yeri gəlmişkən onu da qeyd edim ki, pandemiya vaxtı yoluxma miqyasına baxmayaraq COVID-19-dan ən az ölüm postsovet ölkələrində idi. Araşdırma zamanı məlum oldu ki, səbəb uşaqlara doğulduğu ilk gündən müəyyən peyvəndlərin vurulmasıdır.
Bir şey haqqında qərar vermək olar, ancaq bunun üçün ətraflı araşdırma aparılmalıdır, yaxud mütəxəssislə söhbət edilməlidir. Hər halda söhbət övladının taleyindən gedir. "Heç nə olmaz" deyib üstündən keçirik, halbuki atalar demiş "bıyy" bir dəfə olur..." / oxu.az

Maraqlı       Tarix: 01 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur. Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskini


son xeberler azerbaycan xeberleri yeni xeberler kriminal maraqlı xəbərlər sonxeberler en yeni xeberler