Ölümündən sonra orqanlarını bağışlayanların sayı 3 dəfə artdı
"2024-cü il ərzində 300-dən çox müxtəlif orqan transplantasiya əməliyyatları icra olunub. Bunlar arasında böyrək və qaraciyər transplantasiya əməliyyatları üstünlük təşkil edir".
KONKRET.az apa-ya istinadla xəbər verir ki, bunu Səhiyyə Nazirliyi (SN) Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin sədri Yeganə Abbasova deyib.
O bildirib ki, indiyə kimi beyin ölümü keçirdikdən sonra könüllü olaraq donor olmaq istəyib sağlığında Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə müraciət edən şəxslərin sayı məxfidir.
O həmçinin qeyd edib ki, Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzində ölümündən sonra orqanlarını bağışlamaq üçün xüsusi formanı doldurub qeydiyyatdan keçən şəxslərin sayı keçən illərə nisbətən 3 dəfə artıb.
Onun sözlərinə görə, yaxın gələcəkdə könüllü donor olmaq istəyən şəxslər mygov.az platforması üzərindən müraciət edə biləcəklər:
"Lakin hazırda bu prosesə dəstək olmaq və donor olmaq istəyənlər üçün qurumumuza məxsus odtkm.gov.az rəsmi internet səhifəsində xüsusi olaraq yaradılan "Donor ol" bölməsi fəaliyyət göstərir. Həmin bölmə vasitəsilə könüllü donor olmaq istəyən hər kəs sadə və rahat bir şəkildə müraciət edə bilər. Bu addım, cəmiyyətimizin sağlamlığı və humanizm prinsiplərinə əsaslanaraq, donor olmağı daha əlçatan etmək məqsədilə atılıb".

Dünyanı nə gözləyir? – ABŞ və İranla bağlı mühüm AÇIQLAMA
Tural Əlizadəyə vəzifə verildi
Sahibə Qafarova Türkmənistanda işgüzar səfərdədir
Bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
Paşinyandan müxalifətə sərt hədə: 'Azərbaycanla sülhə mane olursunuz
Nənəmin təndiri'ndə yanğın oldu
Kvrivişvili: Azərbaycanla əməkdaşlığın genişləndirilməsini müzakirə etdik
Bu cərimələr 150 faiz artırılır
Artıq ödənilmiş vergilərin geri qaytarılması sadələşdirildi
Azərbaycanla ABŞ arasında TRIPP layihəsi müzakirə edilib
AVRO-2028: Rusiya millisi iştirak etməyəcək
Nazirdən maaşlarla bağlı MÜHÜM AÇIQLAMA
Suares illər sonra sirri açdı: Messi ilə Neymarı fikrindən daşındırmağa çalışıblar
Mbappedən Arda ilə bağlı paylaşım
Paşinyan parlamentdə özündən çıxdı: "Sizi siyasi bomjlara çevirəcəyik!"