Ombudsman Aparatının regional mərkəzinin əməkdaşları şəhid ailələrini ziyarət ediblər - FOTOLAR

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən Ombudsman Aparatının Gəncə Regional Mərkəzinin əməkdaşları 44 günlük Vətən müharibəsi zamanı şəhid olmuş Məmmədov Vüsal Elşən oğlunun ailəsini ziyarət edib, şəhidin keçdiyi şərəfli döyüş yolu və nümunəvi gənc kimi cəmiyyətin rəğbətini qazandığını vurğulayıblar.
Ombudsman Aparatından Azxeber.com-a verilən məlumata görə, Vətən müharibəsi şəhidlərinin ailələrinə və müharibə qazilərinə, onların hüquqlarının təmin olunmasına Ombudsman təsisatı tərəfindən daim xüsusi diqqət və qayğı göstərildiyini qeyd edən Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, Müvəkkilin bu istiqamətdə həyata keçirdiyi çoxşaxəli fəaliyyətini qeyd edib. Regional Mərkəzin əməkdaşları Gəncə şəhərində Vətən müharibəsi şəhidi Rəşad Ələkbərovun xatirəsinə inşa edilmiş bulağın, həmçinin şəhid Ayxan Musayevin doğum günü münasibətilə inşa edilmiş bulağın açılış mərasimlərində iştirak ediblər.
Regional Mərkəzin əməkdaşları Gəncə şəhərindən olan şəhidlər Əliyev Cavid Samir oğlunun və Əliyev Şöhrət Canbulat oğlunun ailələri ilə görüşərək, onlara Müvəkkil xanım Səbinə Əliyevanın baş sağlığını bir daha çatdıraraq, şəhidlərin keçdikləri şərəfli döyüş yollarını dərin ehtiramla yad ediblər.
Cəlilabad rayonunun Soltankənd kəndində Vətən müharibəsi şəhidi Əzizov İbrahim Şaməddin oğlunun əziz xatirəsinə inşa edilən bulağın açılışı olub.
Açılış mərasimində şəhidin doğmaları, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin, Cəlilabad Rayon İcra Hakimiyyətinin, Rayon Gənclər və İdman idarəsinin rəsmiləri, qazilər və kənd sakinləri iştirak ediblər. Qəhrəman şəhid İbrahim Əzizov həqiqi hərbi xidmət zamanı tank sürücüsü kimi yüksək xidmət göstərib. Vətən müharibəsində xüsusi rəşadət göstərərək Füzulidən Şuşayadək döyüşlərdə iştirak edərək qəhrəmancasına şəhid olmuşdur. Şəhid İbrahim Əzizov cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Cəlilabad Regional Mərkəzinin rəhbəri Z.İsmayılov şəhidin evində valideynləri və ailə üzvləri ilə görüşərək, Ombudsman xanım Səbinə Əliyevanın adından onlara başsağlığı verib. Z.İsmayılov görüş zamanı diqqətə çatdırıb ki, Müvəkkil mütəmadi olaraq şəhid ailələri və qazilərə baş çəkir, onların qaldırdıqları məsələlərlə daim maraqlanır.
Şəhid ailələrinə göstərilən diqqəti, qayğını və vətəndaşlarımızın hüquqlarının bərpası istiqamətində Ombudsman təsisatının fəaliyyətini təqdir edən şəhidlərin valideynləri Müvəkkil xanım Səbinə Əliyevaya təşəkkürlərini bildiriblər.
Ombudsman Aparatının regional mərkəzinin əməkdaşları şəhid ailələrini ziyarət ediblər - FOTOLAROmbudsman Aparatının regional mərkəzinin əməkdaşları şəhid ailələrini ziyarət ediblər - FOTOLAROmbudsman Aparatının regional mərkəzinin əməkdaşları şəhid ailələrini ziyarət ediblər - FOTOLAR

Sosial       Tarix: 22 sentyabr 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber xeberler bu qun son xeberler 2026 sonxeber