Ombudsman Səbinə Əliyeva İtaliyaya rəsmi səfər edib

Ombudsman Səbinə Əliyeva İtaliyaya rəsmi səfər edibAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İtaliyada rəsmi səfərdədir.
Qurumun mətbuat xidmətindən Azxeber.com-a verilən məlumata görə, səfər çərçivəsində Ombudsman İtaliya Parlamentinin, İtaliya Senatında İnsan Hüquqlarının Müdafiəsi və Təşviqi Komissiyasının üzvləri, o cümlədən insan hüquqları sahəsində fəaliyyət göstərən digər aidiyyəti təşkilatların nümayəndələri ilə görüşlər keçirəcəkdir. Görüşlərdə uzun illər boyu Ermənistanın ölkəmizə qarşı törətdiyi müharibə cinayətləri, işğalın nəticələri barədə geniş məlumat veriləcək.
Bu gün İtaliya İnsan Hüquqları Federasiyası tərəfindən təşkil edilmiş görüş çərçivəsində Ombudsman insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi çoxşaxəli fəaliyyət, təsisatda yeni yaradılmış struktur vahidləri, eyni zamanda soydaşlarımızın pozulmuş hüquqlarının bərpası istiqamətində həyata keçirilmiş işlər barədə ətraflı məlumat verib.
İtaliya İnsan Hüquqları Federasiyasının prezidenti Antonio Stanqo, Roma Sapienza Universitetinin dosenti Daniel Pommier və kütləvi informasiya nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən S. Əliyeva Azərbaycanla İtaliya arasındakı tarixi dostluq və əməkdaşlıq əlaqələri barədə danışıb. Ölkəmizdə mövcud olan multikulturalizm ənənələrindən söz açan Ombudsman çıxışında qeyd edib ki, ölkəmizdə digər dinlərə məxsus abidələr qorunub saxlanılır, həmçinin Azərbaycan Vatikanda bir çox abidələrin bərpasını həyata keçirib.
Ombudsman tədbirdə İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən insan hüquqları və beynəlxalq humanitar hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasına dair geniş təqdimatla çıxış edib. Təqdimatda tarix boyu Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş faciələr, ərazilərimizin işğalı, beynəlxalq təşkilatların müvafiq çağırışlarına məhəl qoyulmaması kimi faktlara dair məlumatlara yer verilib.
Təqdimat zamanı iştirakçılar Ermənistan tərəfindən həyata keçirilən ekoloji terror siyasəti, postmüharibə dövründə mina təhlükəsinin səbəb olduğu insan itkiləri, habelə bu insan hüquq pozuntularının araşdırılması ilə bağlı Azərbaycan Ombudsmanı və beynəlxalq nümayəndə heyətlərinin həyata keçirdiyi faktaraşdırıcı missiyalar barədə də məlumatlandırılıb.
Görüşdə Ombudsman iştirakçıların çoxsaylı suallarını cavablandırıb və faktaraşdırıcı missiya hesabatlarının nüsxələrini Federasiyanın üzvlərinə təqdim edib.

Siyasi       Tarix: 02 dekabr 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua


azerbaycan xeberleri son xeberler yeni xeberler azerbaycan son xeber bugun cəbhədən son xəbərlər dunya xeberleri xəbər az