Ombudsmanın nümayəndələri bəzi müvəqqəti saxlama yerlərində nöqsanlar aşkarlayıb

Ombudsmanın nümayəndələri bəzi müvəqqəti saxlama yerlərində nöqsanlar aşkarlayıbAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən, Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən Gəncə Şəhər Baş Polis İdarəsinin, Samux, Göygöl, Oğuz, Qəbələ, Astara və Siyəzən rayon polis şöbələrinin müvəqqəti saxlama yerlərinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr keçirilib.
Bu barədə Open.az-a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.
BMT-nin "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmələrdə məqsəd saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması, müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.
Həyata keçirilən başçəkmələr çərçivəsində müvəqqəti saxlama yerlərinin kameralarına, istintaq, tibb, ibadət, görüş otaqlarına, mətbəxinə, gəzinti sahələrinə baxış keçirilib, qidalanma, sovqat qəbulu, telefon danışıqları, görüşlərin verilməsinə dair vəziyyət araşdırılıb.
Saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması ilə bağlı MPQ üzvləri tərəfindən həmin yerlərdə saxlanılanlar fərdi qaydada qəbul edilib, hüquqlarının təmin olunması vəziyyəti araşdırılıb. Həmçinin saxlanılan şəxslərin şəxsi işlərinə və müvəqqəti saxlama yerlərində saxlanılanların qeydiyyat kitablarına baxışlar keçirilib.
Gəncə ŞBPİ-nin MSY-də kameraların müntəzəm olaraq rütubət olmasına görə aşınmalara məruz qaldığı, bu səbəbdən müəssisədə əsaslı təmir işlərinə ehtiyac olduğu müşahidə edilib. Həmçinin sovqat qəbulunun təşkili üçün müəssisənin zəruri inventarlarla təmin olunmadığı müəyyən edilib.
Qəbələ RPŞ MSY-ə başçəkmə zamanı tutulmuş və ya həbs edilmiş şəxslərin ilkin müayinəsinin Nazirlər Kabinetinin 18.04.2013-cü il tarixli, 67 nömrəli qərarı ilə təsdiq edilmiş "Tutulmuş və ya həbs edilmiş şəxslərə tibbi və psixoloji yardım göstərilməsi, habelə onların tibb müəssisələrində saxlanılması qaydaları"nın 2.1-ci hissəsinə zidd olaraq ixtisasca feldşer olan şəxs tərəfindən həyata keçirildiyi müşahidə edilib.
Astara RPŞ MSY-nin kameralarına baxış keçirilərkən saxlanılan şəxslərin hüquq və vəzifələrini göstərən lövhələrin mövcud olmadığı, bir neçə kamerada isə şəraitin yaxşılaşdırılmasına ehtiyac olduğu müşahidə edilib.
Başçəkmələrin yekununda müvəqqəti saxlama yerlərinin rəhbərliyi və məsul əməkdaşlarla hüquqi maarifləndirici söhbət aparılıb, milli və beynəlxalq qanunvericiliyə müvafiq şəkildə saxlanma şəraiti, tibbi xidmət və sənədləşmə ilə əlaqədar göstərilən nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq tövsiyələr verilib, həmçinin COVID-19 pandemiyasına qarşı mübarizədə xüsusi karantin rejimi dövründə bütün sanitar-gigiyenik qaydalara əməl olunmasının zəruriliyi diqqətə çatdırılıb.
Başçəkmələrin nəticələri ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət olunacaq.

Hadisə       Tarix: 02 fevral 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Mingəçevirdə maşınlar toqquşdu - Xəsarət alanlar var

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, qəza şəhərin M.Maqomayev prospektində olub. Belə ki, "Hyundai" və "Chevrolet" markalı avtomobillər toqquşub. Qəza zamanı 2010-c

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Xəbər verdiyimiz kimi, iki gün öncə Prezidentin Xankəndi və Ağdərə rayonu üzrə xüsusi nümayəndəsi Elçin Yusubov vəzifəsindən kənarlaşdırılıb. Unikal-a istinadən xəbər verir ki, 6 ay əvvəldən başlayaraq Maliyyə Nazirliyi sözügedə

Qəzada ölən Elşən bu qurumun əməkdaşı imiş – FOTO

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. KONKRET.azbildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirə

Xaçmazda ağır qəza: ölən var

Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb. xəbər verir ki, Rahim Rasim oğlu Nəsirovun idarə etdiyi "Şevrolet Kruz" markalı avtomobillə piyada Məhərrəm Şirnəli oğlu Baxışovu vurub. Nəticədə piyada hadisə yerind

Bakıda gənc idman zalında öldü

Bakıda idman zalında ölüm hadisəsi olub. -a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisindəki zallardan birində baş verib. Burada məşq edən 20 yaşlı Rəsul Nəsibov qəfil dünyasını dəyişib. Onun ürək çatışmazlığında

Milyarderin oğlu necə öldürülüb? - TƏFƏRRÜAT

Yaponiyalı milyarder Kencin Oşimanın oğlu Yeşihito Oşimanın Laosda müəmmalı şəraitdə öldüyü bildirilir. Hadisənin mümkün qətllə əlaqəli olduğu iddia edilsə də, ölümün səbəbi və insidentin təfərrüatları hələ rəsmi şəkild

Cavid Ağaməliyev həbs edildi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tərkibindəki "Naxçıvan Aqroservis" ASC-nin mənimsəmə ittihamı ilə saxlanılan sədri Cavid Ağaməliyev məhkəməyə çıxarılıb. -ın məlumatına görə, prokuror cinayəti

Ovçuluq təsərrüfatında güclü yanğın başladı

Cəlilabad rayonunda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb. report-a istinadla xəbər verir ki, hadisə rayon ərazisindəki Zəvvar ovçuluq təsərrüfatında qeydə alınıb. Artıq bir neçə saatdır davam edən yanğın təsərrüfatı

Xalidə Gözəl vəfat etdi

Əməkdar artist Xalidə Gözəl (Əhmədova) vəfat edib. xəbər verir ki, bu haqda məlumatı aparıcı Elgiz Əkbər yayıb. O bildirib ki, diktor bu gün dünyasını dəyişib. Allah rəhmət eləsin!


son xeberler azerbaycan xeberleri yeni xeberler metbuat xeberleri azerbaycan son xeber bugun hava durumu qurban bayrami 2026