"Omikron" ştammının viral hissəciklərinin görüntüləri yayıldı - FOTO
"Omikron" ştammının viral hissəciklərinin görüntüləri yayıldı - FOTO
Koronavirusun "Omikron" ştammının viral hissəciklərinin fotoları dərc olunub.
Bununla bağlı görüntülər "Rospotrebnadzor"un nəzdində fəaliyyət göstərən "Vektor" Dövlət Elmi Virusologiya və Biotexnologiya Mərkəzinin saytında yayımlanıb.
Məlumata görə, hüceyrələr virusa yoluxduqdan sonra altıncı gündə yetişdirilən xüsusi flakonların səthindən götürülüb. Şəkillərdə hüceyrədaxili şəbəkənin genişlənmiş borularını təmsil edən vezikulyar strukturlar göstərilir (onların iştirakı ilə hüceyrənin həyatı üçün zəruri olan zülalların, lipidlərin və digər maddələrin sintezi və nəqli baş verir).
Qeyd olunur ki, "Omikron" ştammı vəziyyətində qeyri-adilik ondadır ki, virus yavaş-yavaş toplanır və digər ştammlardan fərqli olaraq infeksiyanın altıncı günündə kütləvi hüceyrə ölümünə səbəb olmur.
"Ümumilikdə, "Omikron" ştammı ilə yoluxmuş hüceyrələrin vəziyyəti digər ştammlarla yoluxduqda ikinci və ya üçüncü gündə görünə bilənlərə uyğundur", - deyə alimlər izah edib.




Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü