"Onlar bizə əmanətdir" aksiyası şəhid övladlarına sevgi ilə davam edir
Hər zaman sosial təşəbbüsləri ilə seçilən Qırmızı Ürəklər Fondu növbəti dəfə "Onlar bizə əmanətdir" aksiyasını həyata keçirib.
azxeber.com xəbər verir ki, aksiya çərçivəsində 16 yaşınadək olan 1800 şəhid övladına bayram hədiyyələri təqdim edilib. Təşəbbüsün məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin bizə əmanət olan övladlarına mənəvi dəstək olmaq, onlara hər zaman cəmiyyətin diqqət və qayğısı ilə əhatə olunduqlarını hiss etdirməkdir.
Paytaxt Bakı ilə yanaşı, ölkənin müxtəlif regionlarını da əhatə edən aksiyanın icrasında Qırmızı Ürəklər Fondunun könüllüləri fəal iştirak edib. Hədiyyə təqdim ediləcək uşaqların müəyyən olunmasına yerli icra hakimiyyəti orqanları dəstək olub. Hədiyyələrin çatdırılmasını isə "Azərpoçt" üzərinə götürüb.
Qeyd edək ki, aksiya Kapital Bank, PMD Group, PashaPay, PASHA Investments və PASHA Technology kimi nüfuzlu tərəfdaşların dəstəyi ilə həyata keçirilir.
Uşaqların sevinc dolu anlarını izləmək üçün:
"Red Hearts" – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts"ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün saytına daxil ola bilərsiniz.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb