Pensiya və uşaqpulu ilə bağlı gözlənilməz plan – Detallar

Pensiya və uşaqpulu ilə bağlı gözlənilməz plan – Detallarİqtisadçı Natiq Cəfərlinin son təklifi diqqət çəkib. O, vətəndaşlar üçün beş maddəlik "rahatlıq planı" açıqlayıb. Buraya quru sərhədlərin açılması, uşaqpulu, bir çox dövlət-hökumət qurumlarının ləğvi, və ya səlahiyyətlərinin kəskin azaldılması, kiçik-orta sahibkarlara müəyyən güzəştlər, pensiya kapitalına əlçatanlıq kimi istiqamətlər daxildir. N.Cəfərli iddia edir ki, bu addımlar ilin sonuna qədər atılsa, ölkəmiz iqtisadi daralma burulğanından çıxa bilər.
İlin sonuna kimi bu cür böyük qərarların verilməsi mümkündür? Bunlar real təklifdir? Bir neçə aya dövlət eyni anda belə qərarlar verə bilərmi?
azxeber.com xəbər verir ki, Globalinfo.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı Vüqar Oruc quru sərhədlərin açılmasının texniki baxımdan mümkün olsa da, praktiki formada hazırda imkansız olduğunu deyib.
"Xüsusi karantin rejimi 1 oktyabr 2026-cı ilədək uzadılıb və bu müddətin yenidən uzadılması gözlənilir. Bunun bir neçə səbəbi var. Hesab edirəm ki, bölgədə stabillik, sülh və əmin-amanlıq tam bərpa olunana qədər bu proses davam edəcək. Uşaqpuluna gəlincə, bu, iqtisadi aktivliyə kifayət qədər müsbət təsir göstərə bilər. Lakin ölkə iqtisadiyyatının aktivləşdirilməsi, əlavə investisiyaların cəlb olunması təmin edilmədən, mövcud büdcə imkanları hesabına uşaqpulunun verilməsi və məbləğinin artırılması ciddi problemlərə səbəb olacaq. Bir neçə ay bu ödənişi həyata keçirmək mümkündür, lakin sonrakı mərhələdə büdcədə ciddi kəsirlər və problemlər yarana bilər", - ekspert əlavə edib.
AQC sədri bildirib ki, uşaqpulunun verilməsi ilə bağlı qərar qəbul edilənədək müəyyən addımların atılması vacibdir:
"Dövlət qurumlarının birləşdirilməsi, onların xərclərinin azaldılması, regionlarda vahid idarəetmə sisteminin yaradılması, rayonlar üzrə inzibati bölgü sisteminin dəyişdirilməsi, vəzifələrin və paralel strukturların sayının azaldılması kimi tədbirlər görülməlidir. Azərbaycan ərazisi bu qədər çox rayonun saxlanılmasını zəruri edəcək qədər böyük deyil. Ölkə başçısı bu istiqamətdə kifayət qədər islahatçı addımlar atıb və bundan sonra da belə addımların atılacağı gözlənilir. Lakin bütün bu proseslərin ilin sonuna qədər yekunlaşdırılması mümkünsüzdür. KOB-lara güzəştlərə gəlincə, ƏDV üzrə məcburi qeydiyyat həddi hazırda 200 min manatdır. Kiçik və orta biznesin inkişafı üçün bunun 500 min manata qədər artırılmasını təklif etmişik. Vergi və kredit güzəştləri, yoxlama və inzibati prosedurlarla bağlı güzəştlər də iqtisadi aktivliyi artıra bilər".
İqtisadçı qeyd edib ki, pensiya kapitalına əlçatanlıq məsələsi isə mübahisəlidir:
"Hesab edirəm ki, müəyyən hallarda vətəndaşlara pensiya kapitalından istifadə imkanı verilməsi məqsədəuyğundur. Məsələn, ilk dəfə ev alanlar və ya ciddi xəstəliyi olan şəxslər müalicə məqsədilə bu vəsaitdən istifadə edə bilərlər. Bundan əlavə, pensiya kapitalının ipoteka kreditləşməsində, ev alqı-satqısı zamanı ipoteka fonduna yönəldilməsi də müsbət nəticə verər. Natiq Cəfərli çox ciddi iqtisadçılardan biridir. Lakin burada bir məqamı nəzərdən qaçırıb. Söhbət 500 mindən artıq evin sənədsiz olması məsələsindən gedir. Bu istiqamətdə addımlar atılaraq həmin evlər sənədləşdirilsə, onlar miras kimi ötürülə, alqı-satqı predmeti, ipoteka və kredit təminatı, qiymətləndirmə və sığorta obyekti ola bilər. Bu isə ölkədə ciddi iqtisadi aktivlik yarada bilər. Fikrimcə, ölkənin iqtisadi aktivliyini təmin etmək üçün beş addım kifayət deyil. Daha ciddi və kompleks proqram lazımdır. Həmin proqramı yaxın zamanda açıqlayacağıq".

İqtisadiyyat       Tarix: 16 sentyabr 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy

Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı

Azərbaycanda 2025-ci ildə muzdla işləyən qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin isə 1 264 manat olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamasına görə, qadınların orta əməkhaqqı kişiləri

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xeberler bu gun xabarlar sonxabar son xeber.az