Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi

Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: Qafqazın rəqəmsal platformaları özündə birləşdirən ilk tam inteqrasiya olunmuş bankçılıq, ödəniş və e-ticarət ekosistemi olan Bir mikro sahibkarlığın və inklüziv iqtisadiyyatın dəstəklənməsinə yönəlmiş "Biznesdə birlikdə" layihəsini elan edir.
Proqramın məqsədi inkişaf üçün əlavə dəstəyə ehtiyac duyan mikro sahibkarlar üçün bərabər imkanlar yaratmaq və onların rəqəmsal iqtisadiyyata qoşulmasına dəstək olmaqdır. İqtisadi inklüzivliyə dəstək məqsədilə proqramda biznes resurslarına və şəbəkələrinə çıxışı məhdud olan qruplara (şəhid ailələrinin üzvlərinə, fiziki imkanları məhdud şəxslərə, təqaüdçülərə), qadınlara və gənc sahibkarlara xüsusi prioritet veriləcək.
Proqram həm biznesə yeni başlamaq istəyənlər, həm də mövcud biznesini böyütmək istəyənlər üçün müxtəlif güzəştlər təqdim edir. İştirakçılar Bir ekosisteminin Birbank, Birmarket, m10 və Milliön kimi rəqəmsal platformalarından istifadə edərək bankçılıq, ödəniş, e-ticarət və rəqəmsal xidmətlərdən xüsusi şərtlərlə yararlana biləcəklər. Bu proqram ideyanı real biznesə, biznesi isə dayanıqlı gəlirə çevirmək istəyən sahibkarlar üçün əlverişli bir fürsətdir.
Proqram çərçivəsində iştirakçılara təlim və sessiyalar, güzəştli məhsul və xidmətlər, satışların stimullaşdırılmasında dəstək, bankçılıq və maliyyə dəstəyi, eləcə də biznesin inkişafı və geniş bazara çıxış imkanları kimi istiqamətlərdə dəstək göstəriləcək.
Layihə çərçivəsində təqdim olunan güzəştlərdən yararlanan sahibkarların Birmarket platformasına qoşulması nəzərdə tutulur. Bu, onlara həm geniş müştəri bazasına çıxış, həm də satışlarını rəqəmsal məkanda inkişaf etdirmək imkanı yaradacaq.
Proqramın şərtləri, təqdim edilən güzəştlər, iştirak meyarları və qeydiyyatdan keçmək üçün link:  
Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Daha ətraflı: bir.az  / azxeber.com

İqtisadiyyat       Tarix: 22 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. xəbər verir ki, bu barədə hüquqşünas, maliyyə eksperti Əkrəm Həsənov sosial şəbəkə hesabında yazıb. O

Qızıl bu tarixdən bahalaşacaq

Dünya bazarında qızılın qiymətində baş verən geriləmənin ilin sonuna qədər davam edə biləcəyi ehtimal olunur. Bəzi beynəlxalq maliyyə qurumları qiymətli metalın bir troya unsiyasının 3 900 dollara, daha mənfi ssenaridə is

AccessBank qadın sahibkarların inkişafına Access2Success ilə yenidən dəstək verir

Access2Success layihəsi bu il beşinci dəfə qadın sahibkarları bir araya gətirir. AccessBank-ın təşəbbüsü və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən proqram qadınların biznes biliklərin

Çipsiyə 1 manat aksiz vergisi tətbiq ediləcək

Çipsi aksizli mal olacaq, hər kiloqrama görə 1 manat aksiz vergisi tətbiq ediləcək. xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, çipsinin aksizli malların dairəsinə daxi

"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO

30 oktyabr tarixində İşgüzar Quba–Şabran səfəri çərçivəsində Marsol Group üzvü olan sahibkarlar və region sahibkarlarının iştirakı ilə Quba rayonunda "İşgüzar Səhər Yeməyi" təşkil olunub. xəbər verir ki, görüşd

HONOR X9e Pro: Sərhədlərə meydan oxu

İnanılmaz zərbəyə dayanıqlılıq, 10 metrədək dərinlikdə suya davamlılıq və 11 00 mAh tutumlu güclü batareya — yeni HONOR X9e Pro sərhədlərə meydan oxuyanlar üçün yaradılıb. HONOR premium dizaynı, müstəsna möhkəmliyi və uzunmüddətl

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Birekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələrigenişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını vəəmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib. xəbə

Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR

ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində hər il ənənəvi olaraq təşkil edilən Payız festivalı – "Məhsul bayramı" baş tutub. xəbər verir ki, tədbirin əsas məqsədi şagird və tələbələrdə məsuliyyətl

PAŞA Bank "ZirvədəSən 2026" Təcrübə Proqramına yekun vurdu - FOTOLAR

PAŞA Bankın gənclərin peşəkar inkişafına dəstək məqsədilə həyata keçirdiyi "ZirvədəSən 2026" Təcrübə Proqramı başa çatıb. Noyabrın 3-də ADA Universitetində keçirilən bağlanış mərasimində proqram iştirakçıları, mentorlar


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber.az 2026 cəbhədən ən son xəbər hava durumu xeberler bugun