Onlara elə gəlir ki, bu cür hərəkətləri etməklə...' - Müğənni telekanallara irad tutdu
"Bu tip verilişlərə münasibətim çox iyrəncdir. Elə verilişləri qınayıram. Düşünürəm ki, bu cür verilişlər ümumiyyətlə bizim cəmiyyətimizdə olmamalıdır".
Bu sözləri azxeber.com-a müsahibəsində tanınmış müğənni Vüqar Muradov telekanallardakı ailədaxili münaqişələrin qabardılmasından danışarkən deyib.
Müğənni bildirib ki, bunu yayanlar hesab edir ki, cəmiyyətə xeyirləri dəyir:
"Onlara elə gəlir ki, bu cür hərəkətləri etməklə cəmiyyətə hansısa xeyirləri dəyir. Əksinə. Əvvəllər bu hadisələr gizli olardı. Gizli də ört-basdır edilərdi. Ümumiyyətlə efirə çıxıb öz ailəsi haqqında danışan kişini kişi hesab etmirəm. Yoldaşının kiminləsə qaçmağını kişi özünə ayıb bilməlidir. Hələ arada bağışlamaq varsa, bu kişiliyin süqutudur. O verilişlərin aparıcılarına da ayıb olsun deyirəm. Bununla çörək qazanmaq və o çörəyi evinə aparmaq dəhşətdir. Sənin bununla cəmiyyətə heç bir faydan toxunmur. Sən cəmiyyət üçün pis bir örnəksən. Asan yol tapıb pul qazanırlar. Başqa kanallara baxırlar və həmin kanala çıxanlardan daha da pis vəziyyətdə olanları efirə çıxardırlar. Vicdan məsələsidir də bu. Şoular yaradırlar. Zorla sağlam adamı gətirib xəstələndirirlər".
Müğənni hesab edir ki, Azərbaycan tamaşaçısı çox safdır:
"Düşünürəm ki, Azərbaycan tamaşaçısı çox safdır. Ürəyi də təmizdir. Nə versən, yeyir. Çıxırlar efirə: "Bütün tamaşaçılarımı salamlayıram. Sizi çox sevirəm. Sizə qurban olaram" Vallah yalandır. Vicdanım haqqı yalandır. Bir insan ki, olduğu kimi yaşaya bilmir, o insanın başını burax getsin. Mən özümə söz vermişəm. Hər hansı bir verilişə gedəndə qabaqcadan şərt kəsirəm. Suallar olmasın deyirəm. Xüsusilə də "Niyə evlənmirsən?" sualı. Sənə nə? Buna görə də çoxunu çörəksiz qoymuşam. Kim ki mənə çörək gözündə baxırsa, qoy elə çörəksiz qalsın. Məni həkimlə, psixoloqla eyni verilişə çağırırlar. Axı mənim bağırsaq həkimi ilə eyni verilişdə nə işim var?".
Aysel Hacızadə

Şərəf' ordeni ilə təltif edilən Valeh Ələsgərov kimdir?
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb
DİQQƏT: Bankdan kredit ala bilmirsinizsə, səbəb bu ola bilər
Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var
"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı
PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib
"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir
Günel Bədəlovaya yüksək vəzifə verildi
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi
Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi
Prezidentin mesajı: Müharibə cinayətləri cəzasız qalmamalıdır