OPEK-in Baş Katibi: Azərbaycan Əməkdaşlıq Bəyannaməsinə yüksək səviyyədə dəstək verir - FOTO

OPEK-in Baş Katibi: Azərbaycan Əməkdaşlıq Bəyannaməsinə yüksək səviyyədə dəstək verir - FOTOAzərbaycan Prezidenti İlham Əliyev 2014-2016-cı illərdə neft bazarında böhran zamanı neft sənayesini inkişaf etdirmək üçün OPEK və qeyri-OPEK ölkələrinə müraciət edən ilk liderlərdən olub. Azərbaycan Prezidenti OPEK və qeyri-OPEK ölkələri əməkdaşlığının güclü tərəfdarı olmağa davam edir.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu sözləri OPEK-in Baş Katibi Mohammad Sanusi Barkindo Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkil etdiyi "Post-COVİD-19 dövründə enerji məsələləri" adlı yüksək səviyyəli vebinar zamanı deyib.
"Çətinlik zamanı ümidsizliyə qapılmayın, büllur yağış da qara buludlardan yağır", - deyə o, dünyanın üzləşdiyi hazırkı pandemiya ilə bağlı Azərbaycanın dahi şairi Nizami Gəncəviyə istinad edib. Mohammad Sanusi Barkindo Azərbaycanın tarixən neft sənayesinə çox böyük töhfə verdiyini və neft sənayesinin inkişafının Bakıdan başlandığını deyib. O, ötən ilin martında Azərbaycanda OPEK və qeyri-OPEK ölkələrinin nazirlərinin birgə Monitorinq Qrupunun iclası barədə qeyd edərək, bu görüşün Əməkdaşlıq Bəyannaməsi üçün çox vacib toplantı olduğunu əlavə edib. OPEK Baş Katibi Azərbaycanın Əməkdaşlıq Bəyannaməsinin üzvü olmasından məmnun olduğunu bildirib: "Azərbaycanın bu bəyannaməyə yüksək səviyyədə dəstəyi və öhdəliyi üçün təşəkkür edirəm. Azərbaycanı həmçinin OPEK ailəsinin bir üzvü kimi görməkdən qürur duyaram". M.S.Barkindo tədbirin təşkilinə görə, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinə təşəkkür edərək bu kimi müzakirələrin Mərkəzlə gələcəkdə də davam etdirəcəyinə ümid etdiyini bildirib.
Tədbirin moderatoru, BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev çıxışı zamanı bildirib ki, COVİD-19 pandemiyası nəticəsində dünya ölkələrinin iqtisadi fəaliyyətlərdə nəzərəçarpan azalmalar müşahidə olunub və bu da enerji tələbatına təsir edib. Fərid Şəfiyevin sözlərinə görə, bu böhran zamanı beynəlxalq əməkdaşlıq son dərəcə vacibdir və Azərbaycan OPEK+ üçün ən vacib tərəfdaşlardan biridir.
Energetika naziri Pərviz Şahbazov çıxışı zamanı pandemiyanın energetika sahəsində böyük çətinliklər yaratdığını deyərək dünya ictimaiyyəti üçün enerjinin gələcəyinin necə olacağının maraqlı olduğunu əlavə edib. Onun sözlərinə görə, pandemiya zamanı neft bazarı da bır sıra problemlərlə üzləşib və bu OPEK+ təşəbbüsünün gələcəkdə rolunun nə dərəcədə vacib olduğunu göstərir. Nazirin sözlərinə görə, enerji ilə bağlı 2020-ci il üçün nəzərdə tutulmuş proqnozlar sevindirici deyil: "Enerji sektorunda 400 milyard dolları məbləğində investisiya kəsiri və xərclərin 30 faizə qədər azalması gözlənilir. Bütün bunlar bizi çətin vəziyyətə gətirib çıxarıb. OPEK+ yalnız güclənərək və genişlənərək effektli olacaq. Azərbaycan olaraq biz genişlənməni dəstəkləyirik".
Pərviz Şahbazov əlavə edib ki, Azərbaycan Əməkdaşlıq Bəyannaməsi çərçivəsində öhdəliyini 98 faiz yerinə yetirib və növbəti ay ərzində əlavə olaraq neft hasilatının təxminən 2500 barel azaldılması ilə digər 2 faizin kompensasiya edilməsi planlaşdırılır.
Daha sonra çıxış edən BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli hazırda neft və qaz sahəsinin özünü xilas etmək rejimində fəaliyyət göstərdiyini bildirib. Onun sözlərinə görə, baş verən böhrana baxmayaraq BP Azərbaycanda öz layihələrini yüksək səviyyədə həyata keçirməyə davam edəcək: "BP şirkəti 30 il ərzində üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməyə hazırdır".
ABŞ-ın Corctaun Universitetinin professoru Brenda Şaffer bildirib ki, neftdən fərqli olaraq təbii qaz COVID-19 böhranından qalib çıxıb. Onun sözlərinə görə, bu dövrdə qaza olan tələbat artıb və təbii qaz bərpa olunan enerji mənbələrinin dostuna çevrilib. Brenda Şaffer əlavə edib ki, bununla bağlı idxal perspektivləri hələ də yüksəkdir.
Kanadada NATO Assosiasiyası təşkilatının Enerji Təhlükəsizliyi Proqramı üzrə direktoru Robert Katler çıxışı zamanı deyib ki, Cənubi Qafqaz regionunda Trans-Xəzər boru kəmərləri yenə də beynəlxalq iqtisadi gündəlikdə öz yerini tapa biləcək və region üçün ən vacib layihəyə çeviriləcək.
Tədbir sual-cavab sessiyası ilə davam etdirilib.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 11 iyun 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır - İqtisadçı səbəbləri açıqladı

Bu ilin avqust ayından Azərbaycanda kartdan-karta ("Card to card") köçürmə əməliyyatlarına limitlərin tətbiqi fonunda ölkədə ödəniş kartlarının sayındakı artım iki dəfədən çox sürətlənib. Azərbaycan Mərkəzi Bankını

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir


yeni xeberler son xeberler azerbaycan xeberleri zelzele valyuta mezennesi 2026 cəbhədən son vəziyyət son xeberler bugun 2026 muharibe