Orqanizmi xərçənglə mübarizə aparmağa öyrətməyin yolu tapıldı
Orqanizmi xərçənglə mübarizə aparmağa öyrətməyin yolu tapıldı
İsveçrənin Bazel Universitetinin alimləri müəyyən ediblər ki, antitellərin müxtəlif fəaliyyət mexanizmləri ilə eyni vaxtda istifadə edilməsi immun sistemini xərçənglə effektiv mübarizə aparmağa öyrədə bilər.
Bu barədə "MedicalXpress" nəşrində yerləşdirilən press-relizdə deyilir.
Tədqiqatçılar heyvanlar üzərində aparılan təcrübələrdə göstəriblər ki, immun hüceyrələrini stimullaşdıran antitel effekti, onların "CD40" reseptorlarına təsir edərək şişlərin qan damarlarına yapışan digər antitellərlə gücləndirilə bilər.
Əvvəllər "CD40"ın antitellərinə böyük ümidlər bəslənilirdi, lakin belə bir müalicəyə xəstələrin 20 faizindən az qisminin reaksiya verdiyi məlum olub.
Alimlər müəyyən ediblər ki, "CD40"ın antitelləri yenitörəmələrin daxili hissələrində deyil, şişlərin periferik sahələrində yığılan sitotoksik T-limfositlərin (t-killerlərin) sintezinə gətirib çıxarırlar. "T-killer"lərin şiş toxumasına nüfuz etməsini yaxşılaşdırmaq üçün tədqiqatçılar dərmanı yeni qan damarlarının yaranmasına təsir edən antitellərlə birləşdiriblər. Yeni birləşmə bağırsaq, döş və dəri şişləri olan heyvanlarda xərçəng toxumalarının məhv edilməsini yaxşılaşdırıb. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb