Orqanizmin immunitetini necə artırmaq olar

Orqanizmin immunitetini necə artırmaq olarAçar sözlər: immunitet, vitaminlər, minerallar.
Gündəlik iş və problemlər axınında biz bəzən sağlamlığımızın qayğısını çəkməyi unuduruq.  Sağlamlığın əsas faktoru immunitetdir.
Biz sağlamlığımızı nədən itiririk? Pis ekoloji durum, artıq qida qəbulu, bakteriya və virusların çoxluğu, balanslaşdırılmamış qida, axşam və gecə qida qəbulu, ərzaqların keyfiyyətinin aşağı olması. Alkoqol, siqaret, narkotiklərin qəbulu, antibiotiklər, passiv həyat tərzi, stresslər, yorğunluq, fiziki və emosional gərginlik də immuniteti azaldan səbəblərdəndir.  
İmmunitet zəifləməsinin əsas əlamətləri. Tez yorulma, diqqət defisiti, yuxululuq, halsızlıq, əzələ ağrıları, dərinin quruması və qabıqlanması, tez-tez xəstələnmə, herpes, xroniki xəstəliklərin meydana çıxması. Qıcıqlanma və əsəbilik də immunitetin azalmasının əlamətlərindəndir, çünki bizim psixi stabilliyimiz əsasən fiziki sağlamlığımızdan asılıdır.
Biz öz immunitetimizə necə kömək göstərə bilərik? Müxtəlif dərmanlar, müalicəvi otlardan dəmləmələr, vitaminlər düzgün istifadə edildiyi halda immuniteti möhkəmləndirə bilər, lakin bizim özümüzün edə biləcəyimiz elementar şeyləri əvəz edə bilməz. Unutmamalıyıq ki, ən yaxşı  müalicə - profilaktikadır, profilaktika isə hər şeydən öncə immunitetin möhkəmlənməsidir.
İmmuniteti necə möhkəmləndirmək olar? İmmunitetin möhkəmləndirilməsi birdəfəlik prosedur deyil, diqqət və zaman tələb edən sistemli, kompleks yanaşmadır. Hər şeydən öncə qidalanmaya diqqət yetirilməlidir. Düzgün qidalanma - minerallar, vitaminlər, bitki və heyvan mənşəli yağlarla balanslaşdırılmış və bişirilmiş qidalardır. Eyni zamanda yuxu rejimi və müddətinə, qidalanma rejiminə riayət etmək, artıq qida qəbul etməmək çox vacibdir. Qidanın normadan artıq qəbul olunması orqanizmin şlaklarla yüklənməsi ilə nəticələnir ki, bu da immunitetin zəifləməsinə səbəb olur. Aktiv həyat tərzi sağlamlığın əsasını təşkil edir. Qaçmaq, üzmək, səhər idmanı, aerobika immunitetə müsbət təsir göstərir. 
Balanslaşdırılmış qidalamaya vitamin, mineralların əlavə edilməsi də immunitetə müsbət təsir edir, çünki indiki ekoloji durumla əlaqədar təbii ərzaqlarda orqanizmə lazım olan maddələrin hamısı mövcud deyidir. Əksər hallarda zəif immunitet orqanizmdə vitamin və mineralların miqdarının az olması ilə əlaqədardır. Xalq təbabətində təklif olunan, immunitetin artırılması üçün nəzərdə tutulan, bitkilər, giləmeyvələr, çərəzlər əsasında olan reseptlərin istifadəsi də müsbət nəticələr verir.
Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.
Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliyə qarşı, eləcə də digər xəstəliklərə qarşı effektiv və güclü mübarizə aparmaq üçün keyfiyyətli, təbii dərman vasitələri, kosmetoloji vasitələr, gigiyena və təmizlik vasitələri, uşaq qidaları və tibbi ləvazimatlar üçün 24 saat operativ xidmət   göstərən *7700 - təcili dərman çatdırılma xidmətinə müraciət edə bilərsiniz.
Sifariş üçün:
+99455 251 77 00 (Whatsapp) nömrəsinə yaza və ya *7700 nömrəsinə zəng edə bilərsiniz.
Çatdırılma ÖDƏNİŞSİZDİR. /news.milli.az

Sağlamlıq       Tarix: 03 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Günvurma zamanı uşağa ilkin yardım necə edilməlidir? – AÇIQLAMA

Yay mövsümündə uşaqlar arasında ən çox yayılan problemlərdən biri günvurmadır. Günvurma bədən hərarətinin təhlükəli dərəcədə yüksəlməsi nəticəsində yaranan təcili vəziyyətdir. Buna isə daha çox uşaqlar məruz qalırlar. KONKRET.azxəbə

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler azerbaycan cəbhədən son xəbərlər 2026 kriminal bugun son xeber 2026