Orucu belə açmaq təhlükəlidir – İftarda sağlamlığa zərər vuran seçim

Orucu belə açmaq təhlükəlidir – İftarda sağlamlığa zərər vuran seçimRamazan ayının gəlişi ilə birlikdə iftar süfrələrində qidalanma vərdişləri yenidən gündəmə gəlir. Bəzi insanlar orucu su və xurma ilə açmağı üstün tutsa da, digərləri qazlı içkilərə, xüsusilə də kolaya müraciət edirlər.
Bəs, kola ilə iftar açmaq sağlamlıq baxımından nə dərəcədə doğrudur?
KONKRET.az xəbər verir ki, yenisabah.az bu məsələni araşdırıb. Görək mütəxəssislər bu barədə nə deyir?
Dietoloqlar bildirirlər ki, uzun saatlar ac və susuz qalan bədən üçün birdən-birə qazlı və şəkərli içkilər qəbul etmək mədə-bağırsaq sisteminə mənfi təsir göstərə, mədə turşusunun artmasına səbəb ola bilər. İftar zamanı kola kimi içkilərin qəbulu həzm prosesini çətinləşdirir.
Oruc boyunca mədə boş qaldığı üçün qazlı içkilərin qəbulu mədədə qıcqırma, şişkinlik və reflüks kimi problemlər yaradır. Xüsusilə də mədə problemi olan insanlara qazlı içkilərdən uzaq durmaq tövsiyə olunur. Kola yüksək şəkər tərkibinə malikdir və bu, iftardan sonra qanda şəkərin sürətlə yüksəlməsinə gətirib çıxarır. Bu tip içkilər qısa müddət ərzində enerji versə də, tezliklə yorğun hiss etdirir. Bundan əlavə, yüksək şəkər tərkibi piylənmə və diabet riskini artırır.
Ekspertlər iftarı su və xurma ilə açmağı, daha sonra isə ilıq şorba və yüngül qidalar qəbul etməyi tövsiyə edirlər. Əgər içki seçimində dəyişiklik etmək istəyirsinizsə, təbii meyvə şirələri, ayran və ya bitki çayları daha sağlam alternativlər ola bilər.
Qeyd edək ki, kola və digər qazlı içkilər iftar süfrələrində geniş yayılmış olsa da, onların həzm sisteminə və ümumi sağlamlığa mənfi təsirləri nəzərə alınmalıdır. Mütəxəssislər balanslı və sağlam qidalanmanı tövsiyə edir, xüsusilə də uzun müddət ac qalan bədənin ani şok yaşamaması üçün təbii içkilərə üstünlük verilməsini məsləhət görürlər.

Sağlamlıq       Tarix: 04 mart 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

COVİD-in ən güclü ştammı Azərbaycanda da yayılıb?

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyanın bəzi ölkələrində, eləcə də Avropada, ABŞ-da və Kanadada koronavirusun PJ 2.1 növü yayılıb. Bu ştamm soyuqdəymə və qrip simptomları ilə özünü göstərir. Bəs görəsən

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi

Xəbər verdiyimiz kimi, Rusiyanın Sankt-Peterburq şəhərində 5 nəfər meymunçiçəyi xəstəliyinə yoluxub. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Meymunçiçəyinə yoluxma halları varmı? Təhlükəli vəziyyət varmı?. -ın xəbərin

Estetik əməliyyatlar dəbdədir, bəs niyə ayrıca ixtisas kimi tədris olunmur? – AÇIQLAMA

Azərbaycanda estetik əməliyyatlara tələbatın artmasına baxmayaraq, plastik və estetik cərrahiyyənin ayrıca ixtisas kimi tədris olunmaması müzakirə mövzusudur. Bəs bu sahədə ixtisaslaşmanın genişləndirilməsi nə dərəcədə vacibdi

"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur

Arıqlama iynələri, gəncləşmə vəd edən qida əlavələri və internet üzərindən satılan saxta dərmanlar… Əczaçılar son dövrlərdə sürətlə yayılan sağlamlıq təhlükələri ilə bağlı xəbərdarlıq ediblər. Xüsusilə nəzarətsiz istifad

Düyüdəki gizli təhlükə: Plov hansı halda zəhərləyir?

Lənkəranda bir ailənin üzvlərinin plov və turşu qəbul etdikdən sonra qida zəhərlənməsinə məruz qaldığı bildirilir. Hadisə gündəlik qida rasionumuzda yer alan plovun hansı hallarda təhlükə yarada biləcəyi və ev şəraitind

Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir

Xəstəlik insan həyatının ən çətin sınaqlarından biridir. İnsan sağlamlığını itirdikdə ağrı, narahatlıq və qorxu ilə üzləşir, bəzən isə yaşadığı çətinliklərin səbəbini anlamağa çalışır. Xristian mənəvi ənənəsində xəstəli

Rənglərin görünməyən təhlükəsi: Uşaqların istifadə etdiyi boyalarda hansı kimyəvi maddələr var?

Uşaqların rəsm çəkməsi onların yaradıcılıq qabiliyyətinin inkişafına müsbət təsir göstərsə də, bu zaman istifadə edilən materialların təhlükəsizliyi də diqqətdən kənarda qalmamalıdır. Xüsusilə su əsaslı boyaların uşaqla

Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR 

Akademik tibbə meydan oxuyan tibb bacısı: Elizabet Kenni necə məşhurlaşdı?. Heç düşünmüsünüzmü, yüksək elmi dərəcələri olmayan, lakin böyük şəfqətə, müşahidə qabiliyyətinə və akademik doqmalara qarşı çıxmaq cəsarətinə mali

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxabar az xeber.az bu gun xabarlar cəbhədən ən son xəbərlər