Prezident Qırğızıstan nümayəndə heyətini qəbul etdi

Prezident Qırğızıstan nümayəndə heyətini qəbul etdiAzərbaycan Prezidenti İlham Əliyev dekabrın 7-də Qırğızıstan Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
KONKRET.az xəbər verir ki, Prezident İlham Əliyev Bakıda Azərbaycanla Qırğızıstan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclasının keçiriləcəyini və onun gündəliyinin zəngin olduğunu deyərək, bunu ölkələrimiz arasında sıx qarşılıqlı fəaliyyətin göstəricisi kimi qiymətləndirib.
Son illərdə ikitərəfli münasibətlərimizin sürətlə inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı bu məsələdə yüksəksəviyyəli qarşılıqlı səfərlərin roluna toxunub.
Qarabağın və Şərqi Zəngəzurun bərpasına Qırğızıstan tərəfindən göstərilən dəstəyi vurğulayan Prezident İlham Əliyev Ağdam rayonunda Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin binasının inşasına görə Prezident Sadır Japarova və qırğız xalqına bir daha təşəkkür edib.
Azərbaycan Prezidenti Qırğızıstanın dövlət başçısı tərəfindən hədiyyə olaraq 200 yakın işğaldan azad edilmiş ərazilərimizə göndərilməsini də dostluq münasibətimizin təzahürü olduğunu deyib.
Dövlət başçısı Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin, Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının və Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılışlarını məmnunluqla xatırlayıb.
İnvestisiya layihələrinə toxunan Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında İssık-Kul gölünün sahilində mehmanxananın tikintisi üzrə imzalanmış sazişi də vurğulayıb.
Siyasi qarşılıqlı fəaliyyətin gündəliyinin çox geniş olduğunu deyən Prezident İlham Əliyev hər iki dövlət başçısının qərarı ilə yaradılan Azərbaycan-Qırğızıstan Birgə İnvestisiya Fondu tərəfindən artıq ilk layihələrin maliyyələşdirilməsinə başlanıldığını, bir neçə layihənin isə maliyyələşmə mərhələsində olduğunu qeyd edib.
Dövlət başçısı vurğulayıb ki, Fondun kapitalının formalaşması üçün ölkəmiz maliyyə vəsaiti ayırıb və layihələrin sayının artacağı təqdirdə, Azərbaycan tərəfindən əlavə vəsait ayrılacaq.
Prezident İlham Əliyev Qırğızıstanın Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulmasına dəstək verən ilk dövlətlərdən biri olduğunu deyərək, bunun əlaqələrimizin qardaşlıq xarakteri daşımasının təcəssümü olduğunu vurğulayıb.
Ölkəmizin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olduğunu qeyd edən dövlətimizin başçısı buna görə Qırğızıstana və digər ölkələrə minnətdarlığını bildirərək vurğulayıb ki, bu, Mərkəzi Asiya ölkələri ilə Cənubi Qafqaz regionunu daha sıx bağlayacaq, hər iki istiqamətdə fasiləsiz və sabit yükdaşımanın təmin edilməsində, xalqlarımız arasında qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsində öz rolunu oynayacaq.
Qəbula görə nümayəndə heyətinin adından minnətdarlıq edən Bakıt Torobayev, ilk növbədə, Qırğız Respublikasının Prezidenti Sadır Japarovun salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Sadır Japarova çatdırmağı xahiş edib.
Qonaq qeyd edib ki, ümumi tarixi köklərə, əsrlər boyu mövcud olan dostluğa əsaslanan ikitərəfli əlaqələrimiz Azərbaycan və Qırğızıstan prezidentlərinin siyasi iradəsi nəticəsində strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə qalxıb.
Qırğız Respublikasının Nazirlər Kabineti sədrinin müavini Bakı ilə Bişkek arasında birbaşa hava əlaqəsinin olmasının önəminə toxunaraq, gələcəkdə bu istiqamətdə reyslərin sayının artırılmasının əhəmiyyətini vurğulayıb.
Bakıt Torobayev Qırğızıstanda Azərbaycan Prezidentinin səfərini səbirsizliklə gözlədiklərini deyib.
Söhbət zamanı energetika, nəqliyyat, qarşılıqlı investisiya qoyuluşu, humanitar, təhsil, kənd təsərrüfatı və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.
Prezident Qırğızıstan nümayəndə heyətini qəbul etdiPrezident Qırğızıstan nümayəndə heyətini qəbul etdi

Siyasi       Tarix: 07 dekabr 2025
f Paylaş

Oxşar xəbərlər

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən ən son xəbərlər son xeber.az idman xeberleri valyuta mezennesi