"Oskar" tədbirində "Xaç atası" filmi ilə bağlı qalmaqallı açıqlama verən aktrisa vəfat etdi - FOTO

"Oskar" tədbirində "Xaç atası" filmi ilə bağlı qalmaqallı açıqlama verən aktrisa vəfat etdi - FOTO
1973-cü ildə "Oskar" mükafatlarının təqdimetmə mərasimində qalmaqallı açıqlama ilə hər kəsi şoka salan və bundan sonra məşhurlaşan Saşin Litlfizer vəfat edib. 75 yaşlı hindu fəal və aktrisa Novatodakı evində ailəsinin əhatəsində dünyasını dəyişib.
Bildirilir ki, atası apaçilərdən olan və bu səbəbdən sonradan hindu əslini nümayiş etdirmək üçün özünə Saşin Litlfizer ("Littlefeather" - Kiçik Lələk) ləqəbini götürən Mariya Luiza Kruza 2018-ci ilin mart ayında döş xərçəngi diaqnozu (4-cü mərhələdə) qoyulmuşdu.
1973-cü ilin yazında ("Oskar" mərasimi keçirilən ərəfədə) ABŞ-da hindulara qarşı törədilmiş qanunsuzluqların araşdırılmasını tələb edən bir qrup hindu Vunded-Ni kəndini ələ keçirir. Hökumət qüvvələri kəndi mühasirəyə alaraq güc tətbiq etməyə başlayır, bu da bütün ölkədə etirazlara səbəb olur. Hinduların ilk müdafiəçilərindən biri isə məşhur aktyor Marlon Brando olur.
O, Hollivud filmlərində hinduların mənfi təsvirinə, həmçinin Vunded Ni hadisələrinə etiraz olaraq "Xaç atası" filmində "Don Karleone" roluna görə "Oskar" mükafatından imtina edir. Bunu elan etməyi isə Saşin Litlfizerə həvalə edir, bunun üçün hindu əsilli gənc aktrisaya səhnədə oxuması üçün 15 səhifəlik çıxışını da verir.
Səhnəyə ənənəvi hindu paltarında çıxan gənc qız aparıcının ona uzatdığı heykəlciyi kənara itələyir və sensasiyalı açıqlama ilə çıxış etməyə başlayır. Amma prodüser aktrisanı Brandonun göndərdiyi məktubu tam oxuyacağı təqdirdə mikrofonu bağlayacağı ilə hədələyir. Bu səbəbdən Saşinin çıxışı qısa olur.

"Marlon Brando məndən sizə çox uzun bir çıxış oxumağı xahiş etdi, amma indi bunu edə bilmirəm, buna vaxtım yoxdur... O, təəssüflə bu fəxri mükafatdan imtina edir", - deyə aktrisa bildirir.
Qeyd edək ki, sonradan keçirilən mətbuat konfransında nitqin tam mətni oxunur.
"Biz onları öldürdük. Biz onlara yalan danışdıq. Biz onları aldatdıq və öz torpaqlarından qovduq. Biz onları ac qoyduq, müqavilə adlandırdığımız və heç vaxt yerinə yetirmədiyimiz saxta sənədləri imzalamağa məcbur etdik. Biz onları dilənçiyə çevirdik", - deyə çıxışda bildirilir.
Ancaq mükafatın təqdimetmə mərasimində çıxışından sonra aktrisa uzun illər irqçi münasibətə və təhqirlərə məruz qalır. Bundan təqribən 50 il sonra - 2022-ci ildə Kino Sənətləri və Elmləri Akademiyası həmin illərdə nifrət dalğasına məruz qalmış hindu fəaldan üzr istəyib.
Mənbə: The Hollywood Reporter / oxu.az

Maraqlı       Tarix: 03 oktyabr 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO. Rusiyada ayağına mismar batan uşaq faciə yaşayıb - onda yaddaşsızlıq yaranıb və saçları ağarmağa başlayıb. Dəhşətli hadisə orenburql

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO. Məşhur rusiyalı aktyor və yumorist Maksim Qalkinin arvadı Alla Puqaçovadan əvvəl kiminlə sevgili olduğ

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu. BMT Baş Assambleyası 25 may tarixinin Ümumdünya Futbol Günü elan olunması barədə qətnamə qəbul edib. Bu barədə beynəlxalq təşkilatın Mətbuat Xidməti məlumat yayıb. Qey

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO. "Mən 23 yaşıma qədər evdən çıxmırdım. Ev şəraitinə öyrəşmişdim. Rahatlığımı pozmurdum. Ancaq keçmişdə ilişib qalma

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO. Tədqiqatçılar qəddar təcrübə aparıblar və dənizin dərinliklərində yaşayan canlılardan birinin yaxın məsafədən 22 kalibrli atış zamanı sağ qala bildiyin


azerbaycan xeberleri yeni xeberler son xeberler kriminal futbol xeberleri hava proqnozu sonxeber az