Osman Gündüz "E-tabib" mobil tətbiqinin müsbət və mənfi tərəflərindən danışdı
Osman Gündüz "E-tabib" mobil tətbiqinin müsbət və mənfi tərəflərindən danışdı
Xüsusi karantin rejimi dövründə ölkəmizdə bir sıra rəqəmsal həllər hazırlanıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi də "E-tabib" mobil tətbiqini hazırlayıb və istifadəyə verib.
Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz sözügedən tətbiq haqqında fikirlərini bölüşüb. O qeyd edib ki, bu mobil tətbiqlə bağlı ilkin olaraq müxtəlif rəylər olsa da, faydalı bir resursdur:
"Yəni , bu "application" həm koronavirusla bağlı məlumatlandırmanı və statistikanı yaymağı həyata keçirir, həm də "location" və "bluetooth" vasitəsilə müəyyən istifadəçi haqqında dataları toplayıb koronavirusdan qorunmaq üçün imkanlar təklif edir.
İstifadəçi haqqında məlumatların toplanması, onun izlənməsi, fərdi məlumatlarının əldə edilməsi haqqında müqavilə təklif olunur. Müqaviləni imzalamaqla siz özünüz haqqında məlumatların toplanmasına razılıq vermiş olursunuz. Əlbəttə, hansısa fərdi məlumatların sızması ilə bağlı risklər burada mövcuddur. Amma nəzərə almaq lazımdır ki, çoxsaylı istifadəçilərin bu tətbiqdə qeydiyyatı nəticəsində toplanan data koronavirusun qarşısının alınmasında mühüm rol oynayır.
Bir sıra xarici ölkələr bu tip resurslardan effektiv istifadə etməklə koronavirusun genişlənməsinin qarşısını ala biliblər. Hələlik "E-tabib" tətbiqində bu tip beynəlxalq resursların təklif etdiyindən daha az imkanlar gözə çarpır. Xüsusən də istifadəçiyə faydalı xəbərdarlıqlar çatışmır (virus təhlükəsinin olduğu məkanlar, xəstələrin keçdiyi trayektoriya və s.). Güman ki, müntəzəm olaraq "update" nəzərdə tutulub".
Tətbiqi yükləmək üçün linklər :
Android :
İOS : /oxu.az
Turlar.az [newsid: 0-123300]

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb