Otaq spreylərinin ölümcül təhlükəsi - AÇIQLAMA
Əksər məkanlarda, hətta evlərdə də ən çox istifadə olunan məhsullardan biri, otaq üçün spreylərdir. Qapalı yerlərdə xoşa gələn qoxu yaratmaq üçün bir çox insanlar bu spreylərdən istifadə edir.
Maraqlıdır, bəs spreylərin insan orqanizmi üçün mənfi təsiri vardımı?
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Lent.az-a danışan allerqoloq Ləman Cəfərova bildirib ki, otaq üçün nəzərdə tutulan spreylər qoxunu aradan qaldırmır, qısa müddət ərzində təravətləndirir:
"Bunlar hamısı kimyəvi maddələrdən hazırlanır. Otağa püskürdüləndə isə gözlə görünməyən zərrəciklər var ki, nəfəs yolu ilə ağ ciyərlərə qədər gedib çatır. Nəticədə isə bir çox xəstəliklərə səbəb olur. Məsələn, tənəffüs sistemi xəstəliklərinə, burun tutulmasına, öskürəyə, eləcə də bronxial asmanın kəskinləşməsinə gətirib çıxara bilir. Bundan başqa, gözə və dəriyə də mənfi təsir edir. Belə ki, gözdə və həssas dərilərdə allergik reaksiyalar, hətta dəridə dermatoloji xəstəliklər yarada bilir".
Həkimin sözlərinə görə, sözügedən spreylər həssas insanlarda ölümlə də nəticələnə bilər:
"Bu spreylər qan təzyiqinə, baş ağrılarına və sinir sisteminə mənfi təsir göstərir. Hətta həssas insanlarda ölümcül ağciyər şişlərinə də gətirib çıxarır. Pis qoxunu aradan qaldırmaq üçün otağın pəncərəsini açmaq və təmiz hava ilə məkanı havalandırmaq məsləhətdir".
Milli.Az /news.milli.az

Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
Bərdədə 71 yaşlı qadın faciəvi şəkildə öldü
Biləsuvarda toyda bıçaqlanma: saxlanılan var