Ötən il dünyanın ən ziyarət olunan məkanları – TOP 10

Ötən il dünyanın ən ziyarət olunan məkanları – TOP 10Ötən il dünyanın ən ziyarət olunan məkanları – TOP 10
Ötən il dünyanın ən çox ziyarət olunan məkanları müəyyən edilib.
"Trip Advisor"un məlumatına əsasən, siyahı bu yerləri ziyarət etmək üçün bron edilən biletlər haqqında məlumatların təhlili nəticəsində tərtib olunub.
1. Kolizey, Roma, İtaliya
Ötən il dünyanın ən ziyarət olunan məkanları – TOP 10Ardıcıl olaraq ikinci ildir ki, siyahının lideri Romada yerləşən Kolizeydir. İtaliyanın paytaxtına səfər edən turistlər mütləq qladiator meydanına baş çəkirlər.
2. Luvr, Paris, Fransa
Ötən il dünyanın ən ziyarət olunan məkanları – TOP 10Siyahının ikinci pilləsində Luvr qərarlaşıb. Parisin bu muzeyində Leonardo da Vinçinin "Mona Liza"sı və müxtəlif dövrlərə aid  digər məşhur şəkil və əşyalar nümayiş olunur.
3.Vatikan Muzeyləri
Ötən il dünyanın ən ziyarət olunan məkanları – TOP 10Vatikan Muzeyləri reytinqin üçüncü pilləsindədir. Roma papaları tərəfindən yaradılan bu muzey kompleksində  intibah dövrünün əsərləri də daxil olmaqla, klassik ustaların əl işləri də təqdim olunur.
4. "Azadlıq Heykəli", Nyu-York, ABŞ
Ötən il dünyanın ən ziyarət olunan məkanları – TOP 10Siyahıda dördüncü yeri Nyu-Yorkda yerləşən "Azadlıq Heykəli" tutur.
Neoklassik üslubda yaradılan bu heykəl Yuxarı Nyu-York limanındakı Azadlıq adasında yerləşir. Frederik Ogüst Bartoldi tərəfindən hazırlanmış heykəl 28 oktyabr 1886-cı ildə Fransa xalqı adından ABŞ-a hədiyyə edilib.
ABŞ-ın milli abidəsidir. 1984-cü ildən YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxildir.
5. Eyfel qülləsi, Paris, Fransa
Ötən il dünyanın ən ziyarət olunan məkanları – TOP 10Beşliyi Eyfel qülləsi tamamlayır. 1889-cu ildə inşa edilən qüllə sonradan Fransanın simvoluna çevrilib. O, əvvəlcə Parisdə keçirilən Beynəlxalq sərgidə giriş tağı olan müvəqqəti qurğu kimi nəzərdə tutulurdu.
Qüllə baş memar Qüstav Eyfelin şərəfinə adlandırılıb. Memarın özü isə ona sadəcə "300 metrlik qüllə" deyirdi.
6. Müqəddəs Ailə kilsəsi, Barselona, İspaniya
Ötən il dünyanın ən ziyarət olunan məkanları – TOP 10Dünyanın ən uzun müddətə inşa edilən tikililərindən biridir.  Məbədin inşasına 1882-ci ildə isə başlansa da, tikinti indiyə qədər davam edir. Layihənin müəlliflərinin fikrincə, kilsənin tikintisi ianələr hesabına reallaşmalı idi. Buna görə də onun inşası uzanır.
Tikintinin başa çatmasını, həmçinin daş bloklarının hazırlanmasının mürəkkəbliyi ləngidir.
7. Fransız məhəlləsi, Yeni Orlean, ABŞ
Ötən il dünyanın ən ziyarət olunan məkanları – TOP 10Fransız məhəlləsi Luiziananın avropalılar tərəfindən məskunlaşdırılmasında ən vacib tarixi yerlərdən biridir. O, 1965-ci il dekabrın 21-də Milli tarixi abidə elan edilib, 1966-cı ilin oktyabrın 15-də isə ABŞ-ın tarixi məkanlarının Milli reyestrinə daxil edilib.
Əsas görməli yerləri Burbon-strit, Kanal-strit, Cekson meydanı, Müqəddəs Lüdovik Kilsəsidir.
8. Anna Frankın Evi, Amsterdam, Niderland
Ötən il dünyanın ən ziyarət olunan məkanları – TOP 10Anna Frankın Ev-Muzeyi Amsterdamda Prinsenqrahtın sahilində yerləşir.  Bu evin arxa otaqlarından birində 1942-1944-cü illərdə yəhudi qız Anna Frank ailəsi ilə birlikdə  nasistlərdən gizlənib.  Otağın girişi üçün  sirli qapı-"kitab şkafı" tikilmişdi. Anna Frank burada özünün "Sığınacaq" adlı gündəliyini yazıb.
1944-cü il avqustun 3-də Frank ailəsinin yeri aşkar olunub. Çox güman kimsə satqınlıq etmişdi. Ailə həbs edilərək ölüm düşərgəsinə göndərilmişdi.
9. ABŞ-ın Çikaqo şəhərində "Willis Tower"in qərb hissəsində yerləşən  "Skydeck Chicago" baxış meydançası
Ötən il dünyanın ən ziyarət olunan məkanları – TOP 10ABŞ-ın ən hündür göydələni "Willis Tower"in  "Skydeck Chicago" baxış meydançası 103-cü mərtəbədə, yerdən 412 m qəlbilikdədir.
10. San-Mark meydanı, Venesiya, İtaliya
Ötən il dünyanın ən ziyarət olunan məkanları – TOP 10İtaliyanın Venesiya şəhərinin əsas meydanıdır. O, Pyasetta (Qrand-kanaldan Müqəddəs Mark kafedralının zəng qülləsinə qədər olan meydança) və Pyassa (meydanlar) olmaqla iki hissədən ibarətdir.
Meydan IX əsrdə Müqəddəs Mark kilsəsinin qarşısında kiçik bir ərazidə yaradılıb. O, 1177-ci ildə Fridrix Barbarosanın Papa III Aleksandr ilə görüşü şərəfinə indiki ölçülərinə qədər genişləndirilmişdi.

Maraqlı       Tarix: 12 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı. "Gündə 45 qram etil spirti istehlakı mədə xərçəngi ehtimalını artırır". Bu barədə rusiyalı həkim-onkoloq Vladislav Yevseyev xəbərdarlıq edib

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO. Rusiyada ayağına mismar batan uşaq faciə yaşayıb - onda yaddaşsızlıq yaranıb və saçları ağarmağa başlayıb. Dəhşətli hadisə orenburql

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO. Əbu-Dabi - səhranın üstündə yüksələn şəhərdir. Birləşmiş Ərəb Əmirliklərinin yeddi əmirliyindən biri və ölkənin biznes, siyasi

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT. Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatını


azerbaycan xeberleri son xeberler yeni xeberler zelzele xəbər sonxəbərlər siyaseti xeberler bugun