Ötən ilin iqtisadiyyat aləminin uğursuzları – TOP 10

Ötən ilin iqtisadiyyat aləminin uğursuzları – TOP 10Ötən ilin iqtisadiyyat aləminin uğursuzları – TOP 10
Böyük məbləğdə kapital itirdikləri üçün 2019-cu il bir sıra milyarderlər üçün olduqca uğursuz olub.
"Bloomberg Billionaires Index" aktivləri ən çox azalan iş adamlarının onluğunu təqdim edir:
1. Ruper Merdok
Ötən ilin iqtisadiyyat aləminin uğursuzları – TOP 10-$10,2 mlrd
Sərvəti: $7,85 mlrd
Ümumi reytinqdə yeri: 220-ci
Mediamaqnatın 2019-cu ildə aktivlərinin xalis dəyəri "Walt Disney Corp." şirkətinə məxsus olan "Fox"un  aktivlərinin satışından əldə olunan gəlir Merdokun altı uşağı arasında bölündükdən sonra 10 mlrd dollar azalıb.
2. Ceff Bezos
Ötən ilin iqtisadiyyat aləminin uğursuzları – TOP 10-$8,75 mlrd
Sərvəti: $116 mlrd
Ümumi reytinqdə yeri: 1-ci
"Amazon.com Inc"in təsisçisi və baş direktoru boşanması nəticəsində sərvətinin xeyli hissəsini itirib. Hazırda onun keçmiş həyat yoldaşı Makkenzi Bezos "Bloomberg"in reytinqində 25-ci yeri tutur.
Buna baxmayaraq, Ceff Bezos "Amazon"un səhmlərinin artmasından sonra ən zəngin insanların siyahısında birinci pilləni saxlaya bilib. Şirkətdən verilən məlumata əsasən, o, bayram ərzində rekord yüksək satış edə bilib.
3. Xu Tzyain
Ötən ilin iqtisadiyyat aləminin uğursuzları – TOP 10-$2,25 mlrd
Sərvəti: $30 mlrd
Ümumi reytinqdə yeri: 32-ci
Çinli maqnat Xu Tzyain (Hui Ka Yan) "China Evergrande Group" şirkətinin təsisçisidir. Çinin bina tikən şirkətləri arasında ən çox borcu olan "China Evergrande Group"dur.
 "Moodys Investors Service" 2019-cu il sentyabrın 16-da şirkətin reytinqi üzrə proqnozunu "pozitiv"dən "stabil"ə endirib. Digər reytinq agentliyi "Fitch" də sentyabrın 20-də proqnozu "stabil"ə salıb.
4. Тан Сиок Тжиен
Ötən ilin iqtisadiyyat aləminin uğursuzları – TOP 10-$2,23 mlrd
Sərvəti: $7,8 mlrd
Ümumi reytinqdə yeri: 223-cü
Tan Siok Tjien indoneziyalı iş qadınıdır. "Gudang Garam" siqaret istehsalçısı onun nəzarəti altındadır.
Dünyasını dəyişmiş əri Tan Surey Vonovicoco tərəfindən əsası qoyulmuş şirkət kretek (mixəkli siqaretlər) istehsal edir.
5. Robin Li
Ötən ilin iqtisadiyyat aləminin uğursuzları – TOP 10-$2,21 mlrd
Sərvəti: $9,21 mlrd
Ümumi reytinqdə yeri: 180-ci
Çinin ən iri axtarış sisteminin operatoru olan "Baidu Inc" şirkətinin baş direktoru Robin Li 2019-cu ildə 2,2 mlrd dollardan artıq itirib.
6. Tomas Peterffi
Ötən ilin iqtisadiyyat aləminin uğursuzları – TOP 10-$2,17 mlrd
Sərvəti: $15,3 mlrd
Ümumi reytinqdə yeri: 93-cü
 "Interactive Brokers Group" broker şirkətinin rəhbəri Tomas Peterffi 2019-cu ildə, demək olar, 2,2 mlrd dollar itirib.
Şirkətin səhmləri oktyabrda onun əsas rəqibi, ABŞ-ın ən iri onlayn brokeri olan "Charles Schwab Corp."  internet-sazişlər üçün komissiyalardan imtina etmək qərarına gəldikdən sonra ucuzlaşıb.
7. Van Vey
Ötən ilin iqtisadiyyat aləminin uğursuzları – TOP 10-$1,87 mlrd
Sərvəti: $8,46 mlrd
Ümumi reytinqdə yeri: 200-cü
Van Vey bütün dünya üzrə 15 min xidmət mərkəzi olan "S.F. Holding" logistika korporasiyasının təsisçisidir.
Ötən il Van Veyin aktivlərinin xalis dəyəri, demək olar, 1,9 mlrd dollar azalıb.
8. Harold Hamm
Ötən ilin iqtisadiyyat aləminin uğursuzları – TOP 10-$1,74 mlrd
Sərvəti: $10,1 mlrd
Ümumi reytinqdə yeri: 155-ci
Harold Hamm amerikalı sahibkar, dünyanın ən zəngin insanlarından biridir.
Onun təsis etdiyi "Continental Resources" şirkəti ABŞ-ın 13 ştatında neft və qaz hasil edir və 500 mln dollara yaxın dövriyyəsi var.
Hamm 2019-cu il ərzində 1,7 mlrd dollardan artıq itirib.
9. Corc Kayzer
Ötən ilin iqtisadiyyat aləminin uğursuzları – TOP 10-$1,58 mlrd
Sərvəti: $8,56 mlrd
Ümumi reytinqdə yeri: 196-cı
Kayzer qərargahı Talsada (Oklahoma ştatı) yerləşən "Kaiser-Francis Oil" şirkətinin sahibidir. O, həmçinin iki boru kəmər sistemi və 40 mlrd dollarlıq aktivləri olan "BOK Financial"ın səhmlərinin nəzarət paketinə malikdir.
10. Seo Cunq Cin
Ötən ilin iqtisadiyyat aləminin uğursuzları – TOP 10-$1,56 mlrd
Sərvəti: $5,07 mlrd
Ümumi reytinqdə yeri: 426-cı
Seo Cənubi Koreyanın cenerik (tərkibində dərmanı ilk istehsal edən şirkətin patentləşdirdiyi aktiv əczaçılıq inqrediyentinin eynisi  olan dərman vasitəsi – red.) istehsalçısı olan  "Celltrion" şirkətinin təsisçisi və sədridir.
 "Celltrion"un ən uğurlu preparatlarından biri revmatoid artritin müalicəsində istifadə olunan "Remsima"dır.

Maraqlı       Tarix: 11 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı. "Gündə 45 qram etil spirti istehlakı mədə xərçəngi ehtimalını artırır". Bu barədə rusiyalı həkim-onkoloq Vladislav Yevseyev xəbərdarlıq edib

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO. Rusiyada ayağına mismar batan uşaq faciə yaşayıb - onda yaddaşsızlıq yaranıb və saçları ağarmağa başlayıb. Dəhşətli hadisə orenburql

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO. Əbu-Dabi - səhranın üstündə yüksələn şəhərdir. Birləşmiş Ərəb Əmirliklərinin yeddi əmirliyindən biri və ölkənin biznes, siyasi

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT. Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatını


azerbaycan xeberleri son xeberler yeni xeberler zelzele xəbər sonxəbərlər siyaseti xeberler bugun