Oturaq işdə çalışanların NƏZƏRİNƏ: Bu xəstəlik kəskin artıb 

Oturaq işdə çalışanların NƏZƏRİNƏ: Bu xəstəlik kəskin artıb "Pandemiya dönəmindən sonra masa başında çalışanların sayı kifayət qədər artdı. Passiv həyat tərzi o qədər yüksək oldu ki, nəinki skoliozun, onurğada digər deformasiyalar – kifoz, lordoz, qamət pozğunluqlarının da sayı artdı. Oturaq həyat tərzində aktiv fiziki yüklənməyə məruz qalmadığımız üçün onurğa ətrafındakı hər iki qrup – simmetrik və qeyri-simmetrik əzələ, yaxud bir qrup əzələ zəifləməyə başladı. Nəticədə sadaladığımız xəstəliklər meydana çıxdı. Əslində, bu xəstəliklər insanlarda kifayət qədər var idi, sadəcə, bəzilərində ya yenidən yarandı, ya da olanların dərəcəsi artdı. Pandemiya dönəmində daim oturaq şəraitdə onlayn dərslər keçirildi. O zaman birinci dərəcəli skolioz ikinci dərəcəliyə, ikinci dərəcəli idisə, üçüncü dərəcəliyə çevrildi".
KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında tanınmış fizioterapevt reabilitoloq Gülnar Əhmədli deyib.
"Hər bir pasiyentə deyirik ki, skolioz sağalmayan xəstəlik deyil. Buna baxmayaraq, 10 yaşında uşaqla 25 yaşındakı yetkin insanın sağalma müddəti arasında fərq olacaq. Əlbəttə ki, 10 yaşında uşaq daha tez sağalacaq, dərəcə daha tez düşəcək. Yetkin insanda isə əksinə. Vizual – görüntü problemi yetkin insanlarda da kifayət qədər həll olunur. Yaşından asılı olmayaraq, skolioz, kifoz, qamət pozğunluğu olan insanın müalicəsində birinci yerdə fizioterapiya və reabilitasiya dayanır. Bunun başqa müalicə metodu yoxdur. Əgər dərəcələr yüksəkdirsə, məsələn, skoliozun üçüncü dərəcəsidirsə, yaxud kifoz qırx beş dərəcədən yuxarıdırsa, bu zaman müalicə ilə yanaşı, karset istifadəsi də məsləhət görülür…", – həkim bildirib.
G.Əhmədli oturaq iş şəraitində çalışanlarla yanaşı, uşaqlar arasında da skolioz xəstəliyinin artmasından danışıb: "Bir uşaqda hələ skolioz yaranmayıbsa, həmin uşağın üzgüçülüklə məşğul olması daha yaxşıdır. Əgər skolioz və ya kifoz yaranıbsa, bu zaman hər hansı idman növü ilə məşğul olmazdan öncə həkimə müraciət edilməli, mütləq xəstəlik sağalmalı, xəstə xəstəxana şəraitində müalicə olunmalıdır. Yalnız bundan sonra tövsiyəmiz hər hansı idman, rəqs, gimnastika, üzgüçülük ola bilər. Yəni skolioz problemi olan uşaq həkim təyinatı olmadan idmanla məşğul olmamalıdır. Sosial şəbəkələr, "Youtube" üzərindən hər hansı hərəkəti etmək qətiyyən doğru deyil. Məsələn, bir uşaqda skolioz onurğanın sağına tərəf yönəlirsə, digərində soluna tərəf yönəlir. Yaxud bir uşaqda skolioz onurğanın döş şöbəsindədirsə, digər uşaqda onurğanın bel şöbəsində ola bilər. Müştərək olması da mümkündür, bu zaman skolioza eyni anda döş və bel şöbəsində rast gəlinir. Sosial şəbəkə üzərindən edilən idmanlar hər kəsdə eyni nəticəni verəcək. Bu isə xəstəliyin dərəcələrinin artmasına gətirib çıxara bilər".

Sağlamlıq       Tarix: 10 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Günvurma zamanı uşağa ilkin yardım necə edilməlidir? – AÇIQLAMA

Yay mövsümündə uşaqlar arasında ən çox yayılan problemlərdən biri günvurmadır. Günvurma bədən hərarətinin təhlükəli dərəcədə yüksəlməsi nəticəsində yaranan təcili vəziyyətdir. Buna isə daha çox uşaqlar məruz qalırlar. KONKRET.azxəbə

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberler bugun xəbər.az son xəbərlər bugün 2026 novruz bayramı