Özbəkistanda qaz da kəsildi
Özbəkistanın bir neçə bölgəsində və paytaxt Daşkənddə qazın verilişində fasilələr yaranıb.
KONKRET.az "RİA Novosti"yə istinadən xəbər verir ki, qazın verilişinin dayandırılmasına səbəb ölkədə dünən elektrik enerjisi verilişində yaranan kütləvi fasilə olub.
Bildirilir ki, hazırda əsasən Fərqanə vadisi, Surxandərə və Daşkənd vilayətlərində, həmçinin Daşkənd şəhərində təbii qaz tədarükünün azaldılması və yaxud ümumiyyətlə olmaması müşahidə edilir.
Qeyd edək ki, yanvarın 25-i ölkədə elektrik enerjisinin verilişinin dayandırılması səbəbindən "Uzbekneftqaz" şirkətinin 64 yatağında qaz və neft hasilatı dayandırılıb.
Xatırladaq ki, yanvarın 25-i Qazaxıstan, Özbəkistan və Qırğızıstanda elektrik enerjisinin verilişində genişmiqyaslı fasilə yaranıb. İlkin məlumata görə, buna səbəb Mərkəzi Asiyanın vahid enerji sistemində baş verən qəza olub.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var