Özəlləşdirmə çeklərinin tədavül müddəti yenidən artırılır?

Ötən əsrin 90-cı illərinin sonlarında mərhum prezident Heydər Əliyevin fərmanıilə ölkə vətəndaşlarına əvəzsiz özəlləşdirmə çeklərinin verilməsinə başlanıldı.Bu müddətdə vətəndaşlara 31,9 milyon vauçerlər paylanılıb. Çeklərin tədavülmüddəti bir neçə dəfə uzadılıb.
Belə ki, müvafiq fərmanlarla 2002-ci il yanvarın 1-nə, 2004-cü il iyulun 1-nə, 2008-ci il yanvarın 1-nə kimi çeklərdənistifadə müddəti artırılmışdı. 23 dekabr 2009-cu il tarixində imzalanan fərmanlasonuncu dəfə çeklərin tədavül müddəti artırılıb. Beləliklə, çeklərin istifadəmüddəti 2011-ci il yanvar ayının 1-də başa çatıb. Statistik məlumatlara görə,dövriyyəyə buraxılmış çeklərin 20 faizi hələ də əllərdədir. Yəni, 6,38 milyonözəlləşdirmə çeki istifadə olunmayıb. Bunun da əsas səbəbi vətəndaşlarınfaktiki olaraq bu prosesdən kənarda qalması ilə bağlıdır. Azərbaycan İnvestisiyaHoldinqinin yaradılması və qarşıdakı müddətdə bəzi dövlət müəssisələrinin özəlləşdirməyəçıxarılacağı ilə bağlı öhdəlik götürməsi çeklərin tədavül müddətinin yenidənartırılacağı ilə bağlı müzakirələri gündəmə gətirib. Bəs görəsən tədavül müddətiyenidən artırılması hansı qaydada tənzimlənə bilər?
Özəlləşdirmə çeklərinin tədavül müddəti yenidən artırılır?Milli Məclisin deputatıKamilə Əliyeva hesab edir ki, özəlləşdirmə çeklərinin tədavül müddətininartırılması çekləri əlində qalan vətəndaşlar üçün unikal fürsətdir: "Bilirsinizki, o zaman Ulu Öndər Heydər Əliyevin bununla bağlı fərmanı cəmiyyət arasındaböyük coşqu ilə qarşılandı. Azərbaycan müstəqilliyinin memarı olan ümummillilider bu fərmanla ölkəmizin inkişafına, rifahısına, tərəqqisinə yönəlik mövqeortaya qoydu. Vətəndaşlara hər biri dörd paydan ibarət vauçerlər paylanıldı.Düzdür, prosesin icrası zamanı müəyyən problemlər ortaya çıxdı. Bunun da əsas səbəbimaariflənmə səviyyəsinin aşağı olması ilə bağlı idi. Bir neçə dəfə çeklərin tədavülmüddəti artırılsa da, bu gün də vauçerləri əlində qalan vətəndaşlar var. Hesabedirəm ki, tədavül müddətinin yenidən artırılmasına ehtiyac var. Bunun necə vəhansı formada həyata keçiriləcəyi ilə bağlı qərarın verilməsi mütərəqqi addımolardı". Deputatın bildirdiyinə görə, son dövrlər həyata keçirilən islahatlarbu sahədə də qərarların qəbulu ilə nəticələnəcək: "Bilirsiniz ki, CənabPrezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda kompleks islahatlar həyatakeçirilir. Bu islahatlar hakimiyyətin bütün qollarını əhatə edir. İstərqanunverici orqan olsun, istər Mərkəzi İcra Hakimiyyəti. Bu islahatların mahiyyətindəölkə vətəndaşlarının rifahının qorunması, ölkəmizin yeni inkişaf yoluna qədəmqoyması başlıca yer tutur. Cənab Prezident İlham Əliyev özü də bunu dəfələrlə bəyanedib. Hesab edirəm ki, bu islahatlar keyfiyyətcə yeni mərhələnin başlanğıcıolacaq. Bu proses ümumilikdə bütün sahələri və istiqamətləri, o cümlədən özəlləşdirməçekləri əlində qalan vətəndaşları da əhatə edəcək". Deputat özünə və ailəsinə məxsusözəlləşdirmə çeklərini saxlayıb-saxlamadaığını isə xatırlamadığını deyir.
Özəlləşdirmə çeklərinin tədavül müddəti yenidən artırılır?VətəndaşlarınƏmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov bildirib ki, özəlləşdirməçeklərinin paylanılması şəffaf şəkildə həyata keçirilsə də, ümumilikdə proses vətəndaşlarınmaraqlarına xidmət etmədi: "Əslində özəlləşdirmə çeklərinin paylanılması və ozaman mərhum prezident Heydər Əliyevin bununla bağlı fərmanı özəlləşdirməzamanı vətəndaşların bu prosesdə ədalətli şəkildə iştirakına yol açırdı. Bu çoxciddi və tarixi fərman idi. Çünki Sovetlər İttifaqı dağılmışdı və liberal bazariqtisadiyyatına keçid baş verirdi. Vətəndaşlar dövlət əmlakının bölünməsiprosesində iştirak etməli idi. Sonradan ortaya çıxan neqativ hallar çeklərindövriyyəsini "qara bazar" səviyyəsindən o yana keçməyə qoymadı. Formal olaraq çekhərracları təşkil olundu, lakin qeyd etdiyim kimi, bütün bunlar formal idi. Ozaman çeklərini müəyyən müəssisələrə yatıran vətəndaşlar heç bir divident əldəetmədilər. Bu gün də heç bir divident əldə etmirlər. Gəlirləri olsa belə müəssisələronu gizlədirlər və səhmdarlara heç bir divident vermirlər. Bəzi müəssisələrin fəaliyyətidayandırıldı, bəziləri satlıldı, söküldü və s. Təəssüf ki, özəlləşdirmə çekləriformal bir prosesə çevrildi". Onun sözlərinə görə, bəzi vətəndaşlar hələ dəçekləri əlində saxlayır: "Uzun müddət keçəndən sonra yenidən tədavül müddətininartırılacağına inanmıram. İqtisadiyyat Nazirliyinin, Azərbaycan İnvestisiyaHoldinqinin bununla bağlı hər hansı açıqlamasına rast gəlməmişəm. Bu baş verərsə,bunun nə dərəcədə effektiv olacağını da deyə bilmərəm. Müxtəlif dövrlərdə tədavülmüddətləri artırılıb və vətəndaşların imkanı vardı ki, bu çekləri satsınlar.Lakin qeyd etdiyim kimi, proses formal xarakterli idi və bu baxımdan gözləməmövqeyinə üstünlük verənlər oldu. Misal üçün, tanıdığım insanların bəziləriçeklərini Hacıqabul gölünə sərmayə qoydu. Bu gün isə o göl yoxdur. Vauçelər vətəndaşlarüçün faydalı olmadı. Gələcəyə ümidlər çox olsa da, bu baş vermədi. Bütünhallarda yüzminlərlə şəxs hələ də bu çekləri əllərində saxlayır. Məsələyə məntiqliyekun vurulmalı və bununla bağlı qərar verilməlidir. Bunun necə və hansıformada həyata keçiriləcəyi müvafiq qurumların səlahiyyətinə aid olan məsələdir.Bütün hallarda vətəndaşların hüquqları qorunmalıdır". Ekspert özünə və ailəüzvlərinə məxsus çekləri itirdiyini bildirir.
// Azər Niftiyev,
Azxeber.com

İqtisadiyyat       Tarix: 23 iyul 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta xeber.az hava krimnal bugun