"Özlərini ağıl dəryası bilməsinlər" - İlqar Məmmədovdan AÇIQLAMA
"İstefamla əlaqədar yekun çıxışımı hazırlayıram. Seçki tamamlanandan sonra onu, əlbəttə, paylaşacam. Amma üzərində işlədiyim mətnin bir parçasını indidən paylaşım ki, dünyadan bixəbərlər bundan sonra mənsiz keçəcək publik müzakirələrdə özlərini çox da ağıl dəryası hiss etməsinlər".
KONKRET.az xəbər verir ki, bu sözləri REAL-ın sabiq sədri İlqar Məmmədov bildirib.
Siyasətçi bildirib ki, bəzi şəxslər onun sifarişçi tənqidçisinə çevrilib:
"Siyasi gündəmi ilə 10-15 faiz vətəndaşı səsverməyə çıxaracaq şəxs ölkəmizdə dərhal bir bəhanə ilə həbsə məhkumdur. Lideri olduğun partiyanının seçki performansını yenidən öz həbsinlə zəiflətməyib, minimal ictimai dəstəyi qoruyaraq seçkiyə qatılıb qələbə qazananda isə Saxtakarlar və Boykotçular İttifaqı oğurlanmış nəticəni bayram edir. Mənə daha populyar və sevilən olmağı öyrətməyə çalışan tənqidçilərimizin müvafiq qurumlarda hərfi və ya məcazi mənada 1-2 şapalaq yeyəndən sonra ölkədən qaçıb getməsini və ya sifarişli tənqidçimizə çevrilməsini və ya hətta AzTV-də geosiyasət yorumlamağa başlamasını çox görmüşəm. Nəsil-nəsil gözümüzün qabağından keçiblər. Kim populyar və mütəşəkkil olub seçkiyədək öz həbsi ilə partiyasını seçkidə zəiflətməməyin yolunu bilirsə, bundan sonra publik siyasəti onlar yönəltməkdə sərbəstdirlər. Danışmaqla deyil".

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb