Özünü akademik Bəkir Nəbiyevin oğlu kimi təqdim edərək vətəndaşlardan pul alan şəxs tutulub

Özünü akademik Bəkir Nəbiyevin oğlu kimi təqdim edərək vətəndaşlardan pul alan şəxs tutulubÖzünü akademik Bəkir Nəbiyevin oğlu kimi təqdim edərək vətəndaşlardan pul alan şəxs tutulub
Özünü mərhum akademik Bəkir Nəbiyevin oğlu kimi təqdim edərək vətəndaşlardan pul yığan şəxs tutulub.
Bu barədə APA-ya B.Nəbiyevin oğlu Sadıx Nəbiyev məlumat verib.
O, qeyd edib ki, bu ilin iyun ayından başlayaraq naməlum şəxs dövlət orqanlarına, tanınmış elm, ədəbiyyat və incəsənət xadimlərinə zəng edərək, özünü akademik Bəkir Nəbiyevin oğlu kimi qələmə verib və maddi vəziyyətinin ağırlığını, xəstə uşağına dərman ala bilmədiyini söyləyərək, maddi kömək göstərilməsini xahiş edib: "Xoşbəxtlikdən müraciət edilən şəxslərin çoxu məni tanıdığı üçün tərəfimdən belə hərəkətin mümkünlüyünü qəti şəkildə istisna edən, zəng vuranın dələduz olduğunu tez başa düşən şəxslər olublar. Təəssüf ki, fırıldaqçının toruna düşən, ona inanıb pul verənlər də var".
Məsələ ilə bağlı dərhal polisə müraciət etdiyini qeyd edən S.Nəbiyev artıq dələduzluq edən şəxsin tutulduğunu bildirib: "Hadisədən xəbər tutan kimi dərhal Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazova müraciət etdim. Onun göstərişi ilə Bakı şəhəri Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri operativ əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzun şəxsiyyəti, işin təfərrüatı müəyyən edildi. Qaçıb gizlənmək cəhdlərinə baxmayaraq Mehrəliyev Ceyhun Elçin oğlu polis tərəfindən saxlanılıb". /oxu.az

Sosial       Tarix: 18 avqust 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı

Küçədə yaşayan heyvanların sahibsiz olması onların hüquqsuz olduğu anlamına gəlmir. Heyvana ağrı və əzab vermək, onu döymək və ya döyüşdürmək qanunvericiliklə inzibati məsuliyyət yaradan əməllər sırasındadır. Azərbaycan Respublikasını

Sabahın havası açıqlanıb

Sentyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında gözlənilən hava. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitini

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - FOTO

"Bakı Metropoliteni" QSC-nin Maliyyə departamentinə yeni rəis müavini təyin edilib. " "a istinadən xəbər verir ki, bununla QSC sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Rəşad Əliyev QSC-ni


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xəbərlər 2026 xeberler metbuat xeberleri bu gunun xeberleri haqqinda melumat