Pakistanlı politoloq: Paşinyan Dağlıq Qarabağdakı müharibəni uduzub
Pakistanlı politoloq: Paşinyan Dağlıq Qarabağdakı müharibəni uduzub
"Azərbaycanın dostları" dünyanın hər yerindən, ölkənin həqiqi dostu olan həmfikirlərin sosial şəbəkəsidir. Bu sosial şəbəkənin məqsədi onları vahid bir platformada birləşdirməkdir ki, birlikdə dünyaya xəbər verə bilək - Azərbaycanın ədalətə ehtiyacı var!
Media.Az-ın məlumatına görə, bu barədə pakistanlı politoloq, "Azərbaycanın Dostları" sosial şəbəkəsinin rəhbəri Malik Ayub Sumbal deyib.
O, ədalətin bərqərar olması üçün Azərbaycanın 30 il gözlədiyini, ancaq dünyanın Ermənistanı BMT-nin dörd qətnaməsinə riayət etməyə məcbur edə bilmədiyini vurğulayıb:
"Layihə iştirakçıları beynəlxalq aləmə müxtəlif dinlərin, millətlərin nümayəndələrinin sülh və harmoniyada yaşadıqları Azərbaycan haqqında məlumat verirlər. Biz multikulturalizm və tolerantlıq prinsiplərinə əsaslanan Azərbaycanın dövlətçilik modelindən nümunə götürməyə çağırırıq".
Beynəlxalq icmalçı bildirib ki, yaxın gələcəkdə dünyanın hər yerindən olan ziyalıların, elm adamlarının və gənclərin iştirakı ilə bir sıra tədbirlər, o cümlədən "Bakı debatları" və "Bakı dialoqları" təşkil ediləcək.
""Azərbaycanın dostları" Bakıda olduğum müddətdə şəxsən gördüklərimi dünyaya göstərməyə çalışır", - deyə müsahib əlavə edib.
O, Azərbaycanı insanların sülh şəraitində yaşamaq istədikləri bir ölkə olduğunu deyərək, Dağlıq Qarabağ işğal olunduqdan sonra bir milyon azərbaycanlı məcburi köçkünlə həmrəy olmağın vaxtı gəldiyini vurğulayıb.
"Onlar erməni işğalından azad edilmiş doğma torpaqlarına qayıtmaq istəyirlər", -deyə siyasi analitik əlavə edib.
Pakistanlı politoloq Ermənistanın baş naziri Nikol Paşinyanın birmənalı olaraq Azərbaycan ordusunu, onun gücünü düzgün qiymətləndirmədiyini vurğulayıb.
"Bu gün hamı Ermənistanın baş nazirinin əleyhinədir. O, demək olar ki, Dağlıq Qarabağdakı müharibəni uduzub. Ermənistan tərəfindən atəşkəs razılaşmalarının daima pozulması isə Paşinyanın regional güclərin etibarını itirməsinə gətirib çıxardı", - deyə Malik Ayub Sumbal sözlərini yekunlaşdırıb. /oxu.az
Turlar.az [newsid: 0-123300]

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına