Palıd qabığının bilmədiyiniz faydaları- Yaraları sağaldır, qanaxmanı dayandırır

Palıd qabığının bilmədiyiniz faydaları- Yaraları sağaldır, qanaxmanı dayandırırPalıdın təzə qabığı və qozası qədim zamanlardan dərman vasitəsi kimi istifadə edilib. Palıd qabığında çoxlu aşılayıcı maddələr olduğuna görə bəzi xəstəliklərin müalicəsində əvəzolunmaz faydalı təsirə malikdir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, palıd qabığı antiseptik, iltihab və mikrobəleyhinə, antioksidant, yarasağaldan təsirinə malikdir. Onun müalicəvi təsiri ənənəvi tibb tərəfindən təsdiq olunub. Bu müalicəvi bitki bir çox xəstəliklər zamanı məlhəm kimi istifadə edilir.
Dəridə yaralar, yanıqlar, don vurma zamanı müalicəvi vasitə kimi uğurla sınaqdan keçib.  Bunun üçün 1 xörək qaşığı palıd qabığı 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir və islatmalar şəklində istifadə olunur. İshalzamanı palıd qabığı dəmləməsi daxilə qəbul edilir və bağırsaqları yaxşı təsir edir.
Babasil, anal çatlarızamanı palıd qabığı dəmləməsi oturaq vannaları üçün istifadə olunur və çox yaxşı müalicəvi effekt verir - qanaxmanı azaldır, düyünləri kiçildir, iltihabı azaldır.
Palıd qabığı dəmləməsi (qarqara şəklində)damaq problemlərizamanı da çox yaxşı kömək edir - damaqları möhkəmləndirir, onların həssaslığını azaldır. Həmçinin palıd qabığı dəmləməsi ağızdan gələn pis qoxunu aradan qaldırır. Palıd qabığı dəmləmələri ağızda stomatitzamanı da çox yaxşı kömək edir.
Uşaqlarda xroniki tonzillitzamanı palıd qabığı dəmləməsi badamcıqları yığır, orada olan məsamələri kiçildir. Lakin onu da nəzərə almaq lazımdır ki, palıd qabığı ilə qarqaralar yalnız badamçıqlarda irin, kəskin iltihab olmadıqda istifadə etmək olar.
Onun vasitəsi ilə ayaq vannaları ayaqlardan gələn pis qoxunu aradan qaldırır, artıq tərləmə ilə mübarizə aparır. Belə vannaları hər gün axşam yatmazdan əvvəl 1 həftə ərzində etmək lazımdır.
Palıd qabığı ginekologiyada da istifadə olunur - uşaqlıq boynu eroziyaları, uşaqlıq yolu iltihabları zamanı.
Palıd qabığı saçlara da çox müsbət təsir edir - möhkəmləndirir, kəpəkdən azad edir.Saçlarınız tökülürsə, yuduqdan sonra saçlarınızı palıd qabığı dəmləməsi ilə yaxalayın. Bunu uzun müddət ərzində etmək lazımdır. 1 l qaynar su üçün 5 xörək qaşığı palıd qabığı götürülür, 30 dəqiqə əzrində dəmlənilir və saçların yaxalanması üçün istifadə olunur.
Bundan başqa mədə qanaxmaları, xoralar, digər qanaxma və mensturasiya zamanı istifadəsi xeyli mübət təsirə malikdir. Qanaxmalar zamanı 1 xörək qaşığı palıd həlimi 200 qram suya qatılıb gündə 3 dəfə 1 xörək qaşığı daxilə qəbul edilir.
1 su və 2 xörək qaşığı palıd qabığından qatı həlim hazırlanır, 1 hissə həlim, 4 hissə kərə yağından hazırlanmış məlhəmlə yanıq yaralarından xilas olmaq olur. 2 hissə doğranmış palıd qabıqları və 1 hissə qara çinar tumurcuqları, 7 hissə kərə yağından hazırlanmış məlhəmlə yataq yaralarından xilas olmaq olur. Məlhəmi vam odda qaynatmaq və isti-isti sürtmək lazımdır.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 08 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Günvurma zamanı uşağa ilkin yardım necə edilməlidir? – AÇIQLAMA

Yay mövsümündə uşaqlar arasında ən çox yayılan problemlərdən biri günvurmadır. Günvurma bədən hərarətinin təhlükəli dərəcədə yüksəlməsi nəticəsində yaranan təcili vəziyyətdir. Buna isə daha çox uşaqlar məruz qalırlar. KONKRET.azxəbə


azerbaycan xeberleri yeni xeberler son xeberler son xəbərlər maraqlı xəbərlər xeberler krminal bu gun