Pandemiya dövründə Azərbaycandan nar ixracının həcmi açıqlanıb

Pandemiya dövründə Azərbaycandan nar ixracının həcmi açıqlanıbAzərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə aparılan sorğudan belə bir nəticəyə gəlmək olar ki, onlar koronavirus pandemiyası dövründə məhsul ixracı sahəsində heç bir problemlə rastlaşmayıblar.
Milli.Az xəbər verir ki, bunu Trend-ə Assosiasiyanın sədri Fərhad Qaraşov deyib.
O bildirib ki, 2020-ci ilin yanvar ayından bu günədək Azərbaycandan müxtəlif ölkələrə təqribən 2 min tona yaxın 2 milyon ABŞ dolları həcmində nar meyvəsi, təqribən 160 ton və dəyəri 190 min dollar olan nar konsentratı, həmçinin, təxminən 6 milyon dollar dəyərində ümumi çəkisi təqribən 3 700 ton olan nar şirəsi ixrac olunub:
"Rəqəmlərdən də göründüyü kimi vitamin C və digər faydalı minerallarla zəngin olan nar və nardan hazırlanan məhsulların ixrac potensialı kifayət qədər yüksəkdir və bu tələbat artan silsilə ilə gedir. Bundan başqa, əldə olunan məlumatlara görə təəssüf hissi ilə bildirmək istərdim ki, digər ölkələrdən yeni salınmış bağlar üçün nar tingləri idxal olunur. Lakin Azərbaycanın yerli nar sortlarının təbiliyi, təravəti idxal olunacaq tinglərin yerli tinglərlə əvəz olunmasının zəruri olduğunu deməyə əsas verir.
Koronavirus pandemiyasının mövcud olduğu bir dövrdə dövlət tərəfindən ixrcatçılar üçün görülən təxirəsalınmaz tədbirləri, cənab Prezidentin göstərişi ilə bir sıra dövlət qurumlarının, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və digər qurumların fasiləsiz iş rejimində çalışmasını Assosiasiya üzvləri adından müsbət qiymətləndirir və öz təşəkkürümüzü bildiririk".
Fərhad Qaraşov vurğulayıb ki, yüksək ixrac potensialına malik Assosiasiya üzvləri ilə sorğudan belə bir nəticəyə gəlmək olar ki, onlar məhsul ixracı sahəsində heç bir problemlə rastlaşmırlar:
"Lakin postpandemiya dövründə ixrac olunacaq ölkələrdə alıcıların istehlak qabiliyyəti hələ ki tam olaraq məlum deyil və bu sahədə müəyyən problemlər yaşana bilər. Bakı şəhərində Türkiyədən gətirilən soyuducu anbarlarda saxlanılan az miqdarda, təqribən 2 tona yaxın türk narının olduğunu müşahidə edirik. Lakin yerli narın alıcılıq qabiliyyətini nəzərə alsaq, bu nar artıq alıcılar tərəfindən o qədər də qəbul edilmir. İndi may ayının sonlarıdır və nar ağacları özlərinin ən gözəl ilk çiçək açma dövrünü yaşayır. Fermerlər bağlarda budama, dərmanlama, gübrələmə və suvarma işlərini ardıcıl yerinə yetirirlər.
Həmçinin fermerlərimiz və istehsalçılarımız tərəfindən dərman və gübrələrin əldə olunması sahəsində də heç bir problem yaşanmır. Dövlətimizin pandemiyaya qarşı apardığı mübarizə nəticəsində tez bir zamanda bu problemin həll olunacağına inanır və bu il məhsuldarlığımızın əvvəlki ilə nisbətən artacağına ümid edirik".
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 21 may 2020
f Paylaş

Oxşar xəbərlər

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi


yeni xeberler son xeberler azerbaycan xeberleri sou xeberler xeber az cəbhədən xəbər en son xəbərlər bugün