Pandemiya dövründə daxili bazar araşdırmalarının aparılması daha vacibdir

Pandemiya dövründə daxili bazar araşdırmalarının aparılması daha vacibdirKOBİA: Sahibkarların daxili bazar araşdırması mexanizmindən istifadə etməsi biznesi pandemiyanın neqativ təsirlərindən sığortalaya bilər
Biznesin qurulması və inkişafı, yeni məhsul və xidmətlərin istehsalı baxımından bazar araşdırmalarının aparılması önəmlidir. Koronavirus pandemiyası (COVID-19) kimi qeyri-müəyyən dövrlərdə isə biznes sahəsində bazar araşdırmalarının aparılması xüsusilə vacibdir. Belə ki, pandemiyanın yaratdığı çətinliklər və iqtisadi məhdudiyyətlər şəraitində bazar araşdırması yeni məhsul və xidmətin yaradılması üçün bazarın mövcud vəziyyətini təhlil etməklə sahibkarı mümkün risklərdən və əlavə xərclərdən sığortalayır.
Milli.Az Trend-ə istinadən bildirir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) biznesin qurulması və inkişafında, yeni məhsul və xidmətlərin yaradılmasında daxili bazar araşdırmalarının önəmini bir daha mikro, kiçik və orta sahibkarlıq subyektlərinin diqqətinə çatdırır və sahibkarlara pandemiya dövründə daxili bazar araşdırması mexanizmindən daha geniş istifadə etməyi tövsiyə edir.
Qeyd edək ki, 2019-cu ildən etibarən daxili bazar araşdırmalarının aparılması üçün mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dövlət tərəfindən maliyyə və informasiya dəstəyi göstərilir. Azərbaycan Respublikası Prezidentinin 29 may 2019-cu il tarixli na uyğun olaraq, mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50%-i dövlət tərəfindən qarşılanır. Orta sahibkarlıq subyektləri isə bu dəstək mexanizmi çərçivəsində ödənişsiz təlim və seminarlardan, informasiya dəstəyindən yararlana bilər. Ümumilikdə hər bir daxili bazar araşdırmasının aparılmasına görə KOB subyektlərinə ödənilən dəstək məbləği 20 min manata qədərdir. Bazar araşdırmasının aparılması üçün sahibkarlar fərdi və ya qrup halında müraciət edə bilərlər.
Daxili bazar araşdırmalarının aparılması üçün dəstək tədbirləri KOBİA tərəfindən təşkil edilir. Sahibkarlar daxili bazar araşdırmasının aparılması üçün KOBİA-nın internet saytındakı müvafiq ərizə formasını () dolduraraq Agentliyə birbaşa və ya[email protected] vasitəsilə elektron müraciət edə bilərlər. Ətraflı məlumat üçün: 131 Çağrı Mərkəzi və (012) 404 04 01.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 15 oktyabr 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada


yeni xeberler son xeberler azerbaycan xeberleri şou biznes xəbərləri idman xeberleri azerbaycanda son xeberler oxu.az xeberler