"Parasetamol", "Qlükoza" və "Dimedrol"la bağlı vəziyyətin Azərbaycana təsiri AÇIQLANDI

Rusiyanın ən böyük dərman istehsalçıları Rusiyanın Sənaye və Ticarət Nazirliyinə "Parasetamol" və "İbuprofen" də daxil olmaqla bir sıra həyati vacib dərmanların istehsalından imtina edə biləcəklərinə dair xəbərdarlıq ediblər. Bundan başqa onlar əsas dərmanlar siyahısına daxil edilmiş 50-dən çox beynəlxalq patentləşdirilməmiş adda dərman vasitəsinin istehsalından imtina edə biləcəklərini bildiriblər.
Sözügedən dərmanlar arasında "Parasetamol", "Qlükoza", "İbuprofen", "Dimedrol" da var. Ölkəmizdə bir müddətdir ki, "Parasetamol", İbuprofen", "Dimedrol" kimi dərmanların əldə edilməsi ilə bağlı problem yaşanır. Həmin dərmanlarla bağlı ölkəmizdə hazırki vəziyyət və xəbərdarlığın Azərbaycan dərman bazarına gözlənilən təsiri ilə bağlı vəziyyət açıqlanıb.
KONKRET.az xəbər verir ki, Analitik Ekspertiza Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycana dərman vasitələrinin idxalı ilə özəl şirkətlər məşğul olur:
"Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin səlahiyyətlərinə yalnız dərman vasitələrinin keyfiyyətinin laborator analizi və sənədlərini uyğunluğunu yoxlamaq daxildir".
AEM-dən qeyd olunan dərman vasitələrinin respublikamıza son 2 idxal tarixi və miqdarı açıqlanıb:
"Parasetamol" – son olaraq 25.01.2023 (9380 qutu) və 27.01.2023 (48000 qutu)
"İbuprofen" – son olaraq 25.11.2022 (59000 qutu) və 23.12.2022 (4944 qutu)
"Qlükoza" – son olaraq 17.01.2023 (756 qutu) və 27.01.2023 (6960 qutu)
"Dimedrol" – son olaraq 19.01.2023 (624 qutu) və 23.01.2023 (3000 qutu) tarixlərində idxal edilib.
Analatik Ekspertiza Mərkəzindən bildirilib ki, müharibə, logistik marşrutların dəyişməsi, istehsal xərclərini artması və nəticədə qlobal təchizat zəncirində qırılmaların müşahidə olunduğu bir vəziyyətdə Azərbaycan hökuməti də yarana biləcək risklərin minimallaşdırılması üçün tədbirlər görür:
"Azərbaycan dərman vasitələrində idxaldan asılı ölkədir, istehsal sahələri yeni qurulmağa başlayır. Ölkə rəhbərliyinin, şəxsən Prezident İlham Əliyevin tapşırığı ilə Pirallahı və Ələt Azad İqtisadi Zonasında bu istiqamətdə işlər aparılır, qısa müddətdə Azərbaycanın özünü bəzi dərman vasitələri ilə təmin edə bilməsi üçün zəruri addımlar atılır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə "Əczaçılıq sektorunun inkişafı üzrə Komissiya" yaradılıb. Komissiya tərəfindən hazırlanmış qanunvericilik təşəbbüsləri Hökumətə təqdim edilib. Razılaşdırılmış təkliflər hazırda yekunlaşma mərhələsindədir".

Sağlamlıq       Tarix: 02 fevral 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Günvurma zamanı uşağa ilkin yardım necə edilməlidir? – AÇIQLAMA

Yay mövsümündə uşaqlar arasında ən çox yayılan problemlərdən biri günvurmadır. Günvurma bədən hərarətinin təhlükəli dərəcədə yüksəlməsi nəticəsində yaranan təcili vəziyyətdir. Buna isə daha çox uşaqlar məruz qalırlar. KONKRET.azxəbə

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə


azerbaycan xeberleri yeni xeberler son xeberler hava xəbərlər.com sou xeberler valyuta mezennesi banklar