PAŞA Bank COVID-19 koronavirus pandemiyası ilə mübarizəyə yönəldilən Virtual Hackathon-a dəstək verən ilk bankdır

PAŞA Bank COVID-19 koronavirus pandemiyası ilə mübarizəyə yönəldilən Virtual Hackathon-a dəstək verən ilk bankdırDünyada Koronavirus pandemiyasının yayılması hər bir təşkilatı və qurumu bu virusla mübarizə yollarının axtarmasına, həmçinin texnoloji həllərin yaratmasına sövq edir. COVID-19 virusu ilə mübarizəyə yönəldilən yeni texnoloji həlləri bir araya gətirmək üçün 9-12 aprel 2020-ci il tarixləri arasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BMT-nin İnkişaf Proqramı və SUP.VC-nin təşkilatçılığı ilə ilk Virtual Hackathon keçiriləcək.
Hackathon-u dəstəkləyən tərəfdaşlar sırasına bir neçə yerli və beynəlxalq təşkilat artıq qoşulub. Maliyyə qurumları arasında bu mühüm təşəbbüsə ilk dəstəyi ölkənin aparıcı korporativ bankı PAŞA Bank verəcək.
Bankdan Trend-ə verilən məlumata görə mövcud vəziyyətdə iqtisadiyyatın yaşadığı krizisdən bir çox sahələrdə fəaliyyət göstərən bizneslər zərər görmüşdür. Koronavirusun təsirini mümkün dərəcədə azaltmaq üçün istər yerli, istərsə də dünya bazarında yeni rəqəmsal həllərin meydana gəlməsi, eyni zamanda rəqəmsal keçidin sürətinin artırılması, ölkədə rəqəmsal və distant tətbiqlərin inkişaf etdirilməsi yüksək əhəmiyyət kəsb edir. Bütün bunlar yaxın günlərdə keçiriləcək Hakathon-un əsas mövzuları olacaq.
Hackathon, ideya qəbulu haqda elandan başlayaraq, seçim mərhələsi və prototiplərin sınanması və ideyaların tətbiqinədək tamamilə virtual şəkildə keçiriləcək.
Hackathon-da iştirak etmək üçün www.hackcov19.com saytında qeydiyyatdan keçmək və qeyd olunmuş mövzu ilə bağlı ideyaların təsvirini təqdim etmək lazımdır. Göndərilən təkliflər dəyərləndiriləcək və üstünlük ən qısa zamanda həyata keçirilə biləcək ideyalara veriləcək. Qeyd olunmalıdır ki, Hackathon-un mükafat fondu - 10 min ABŞ dollarıdır.
Ətraflı məlumat: www.hackcov19.com /news.milli.az

İqtisadiyyat       Tarix: 03 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

Azərbaycanın beynəlxalq sanksiya siyahısına yeni dəyişikliklər edilib. bu barədə Maliyyə Monitorinqi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, dəyişiklik "Hədəfli maliyyə sanksiyaları haqqında" qanunun 5.2-c

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl


yeni xeberler son xeberler azerbaycan xeberleri son.xeber xəbər.az cəbhədən son məlumatlar sonxeberler