PAŞA Holding "Biz birlikdə güclüyük" aksiyasına 7 milyon manat ayırıb
PAŞA Holding Heydər Əliyev Fondu və "Regional İnkişaf" İctimai Birliyi tərəfindən icra olunan "Biz birlikdə güclüyük" aksiyasına dəstək göstərmək məqsədilə 7 milyon manat vəsait ayırıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, sözügedən bu layihə çərçivəsində "Biz Birlikdə güclüyük" şüarı altında 200.000-dən çox aztəminatlı və digər həssas kateqoriyadan olan ailəyə ərzaq yardımının göstərilməsi nəzərdə tutulub. Aksiya Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkəmizdə xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədini daşıyır.
Xatırladaq ki, PAŞA Holding bu dövr ərzində koronavirusla mübarizə üçün laboratoriyanın yaradılması və Kənd Təsərrüfatı Nazirliyi ilə birgə fermerlərə mikrokreditlərin təqdim edilməsi kimi xeyriyyə məqsədli fəaliyyətlər də icra edib.
Milli.Az /news.milli.az

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar