Paşinyan: Azərbaycanla anklav və eksklav məsələsinin həlli üçün iki variant var
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla anklav və eksklav məsələsinin həlli üçün iki mümkün variantın nəzərdən keçirildiyini bildirib.
Paşinyan bu barədə brifinqdə danışıb.
"Birinci variant ondan ibarətdir ki, anklav və eksklavlar de-yure məxsus olduqları dövlətin ərazisi olaraq qalır. İkinci variant isə delimitasiya zamanı tərəflərin ekvivalent ərazilərlə mübadilə aparmasıdır", – Ermənistanın Baş naziri bildirib.
Paşinyan qeyd edib ki, Ermənistan bu mövzudan imtina etmir.
"Mən deyə bilmərəm ki, biz anklav və eksklav mövzusundan imtina edirik və ya edə bilərik. Xeyr, bu məsələni həll etməliyik. Həll variantlarının necə olacağı isə müzakirə mövzusudur", – o vurğulayıb.
Baş nazir əlavə edib ki, daha sakit müzakirə üçün məsələ başqa müstəviyə keçirilib.
Qeyd edək ki, bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov delimitasiya prosesi çərçivəsində anklavlar məsələsinin həllinin vacibliyini bildirib.
///Apa / azxeber.com
Xidmetler [newsid: 0-123300]

Hava ilə bağlı sarı XƏBƏRDARLIQ
Özəl bağçalarla maliyyələşmə müsabiqəsi müzakirə olundu
Əsgərlikdən yayınmaq üçün saxta xaricdə təhsil sənədi verdilər, həbs edildilər
Röyanın konsertinə biletlər rekord müddətdə satılıb bitdi
Hava ilə bağlı xəbərdarlıq - Yağış yağacaq, dolu düşəcək
Səfir təyin edilən Nemət Nağdəliyev kimdir? - DOSYE
Azərbaycanın neçə ölkədə səfirliyi var? - XİN-dən açıqlama
Bizon lotereyasında daha 4 avtomobil sahibini tapıb
Kristal beynəlxalq brend Hansgrohe ilə əməkdaşlıq memorandumu imzalayıb
KOBİA və Marsol Group sahibkarları bir araya gətirdi – Yeni əməkdaşlıqlar müzakirə olundu
Birbank Biznes-dən mikro biznes kreditinə 5%-dək endirim
Qızıl rekord həddə yaxınlaşır: Bahalaşma davam edəcək – Ekspertdən proqnoz
Avropa ölkələri Türkiyədən təbii qaz almaq istəyir - ANCAQ ŞƏRTLƏRİ VAR