Paşinyan bunu deyəndə deputatlar masanı döyməyə başladılar
"Erməni Apostol Kilsəsində yaranmış böhranla bağlı araşdırma komissiyası yaradılacaq".
KONKRET.azglobalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Paşinyanın sözlərinə görə, hökumət kilsədəki vəziyyətlə bağlı ən geci bir ay ərzində hesabat hazırlayacaq. O, sənəddə kilsədəki "dərin sistemli böhran"la bağlı bir sıra faktların əks olunacağını bildirib:
"Yaradılması nəzərdə tutulan komissiyanın əsas məqsədi mövcud faktları araşdırmaq, vəziyyətə hüquqi qiymət vermək və zərurət yaranarsa, qanunvericiliyə müvafiq dəyişikliklər təklif etməkdir".
Paşinyanın parlamentdəki çıxışı zamanı Erməni Apostol Kilsəsinin rəhbəri II Qareginə dünyəvi adı ilə müraciət etməsi də müxalifətin etirazına səbəb olub. Deputatlar masaları döyərək narazılıqlarını ifadə edib, hakim "Mülki müqavilə" fraksiyasının üzvləri isə baş naziri dəstəkləyiblər.
Beləliklə, Ermənistan hakimiyyəti ilə Apostol Kilsəsi arasında son dövrdə artan gərginlik yeni mərhələyə keçə bilər. Müxalifət isə hakimiyyətin kilsənin daxili işlərinə müdaxilə etdiyini bildirir.

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - "Güllü"nün qızı ilə bağlı şok iddialar
Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun