Paşinyan düyməyə basdı: Rusiyanın Günrüdəki bazası Ermənistandan çıxarılır? - YENİ MƏQAMLAR

Paşinyan düyməyə basdı: Rusiyanın Günrüdəki bazası Ermənistandan çıxarılır? - YENİ MƏQAMLARErmənistananın Qərb siyasəti Rusiyada birmənalı qarşılanmır və Moskva dəfələrlə İrəvana xəbərdarlıq edib. Paşinyan isə siyasi kursunu dəyişmək fikirində deyil və Avropa İttifaqına inteqrasiya siyasətini davam etdirir. Bunun nəticəsidir ki, Rusiya hərbçiləri İran və Türkiyə sərhədlərindən çıxarılır. Əslində Ermənistanda əl-qolu bağlanan Rusiyanın Gümrüdə hərbi bazası mövcuddur və iktərəfli müqaviləyə görə həmin baza 2044-cü ilə qədər bu ölkədə fəaliyyət göstərməlidir. Bəs Gümrüdəki hərbi baza vaxtından əvvəl Ermənistanı tərk edə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran siyasi şərhçi Oqtay Qasımov bildirib ki, hələlik bu real deyil:
Paşinyan düyməyə basdı: Rusiyanın Günrüdəki bazası Ermənistandan çıxarılır? - YENİ MƏQAMLAR"Nikol Paşinyanın Avropayla yaxınlaşmaq və Rusiya ilə məsafə saxlamaq siyasətinin nəticəsi olaraq biz keçən ilin avqustunda Zvarnots hava limanından Rusiya sərhədçilərinin çıxarılmasının şahidi olduq. Bunun ardınca İran və bu yaxınlarda da Türkiyə sərhədindən Rusiya hərbçiləri çıxarıldılar. Onlar öz yerlərini Ermənistan sərhədçilərinə verdilər. Şübhəsiz ki, hər bir müstəqil dövlətin əsas vəzifəsi öz sərhədlərinin mühafizəsini təmin etməkdir. Ermənistan müstəqillik qazandığı illər ərzində bunu Rusiya həyata keçirirdi. Rusiya sərhəd qoşunlarının Ermənistan sərhədlərindən uzaqlaşdırılması Gümrüdəki 102-ci bazanın çıxarılması demək deyil. 2025-ci ilin başlanğıcından bəri dünyada geosiyasi vəziyyət köklü şəkildə dəyişməkdədir. Bayden administrasiyası Rusiyaya qarşı təcridetmə siyasəti həyata keçirsə də indi vəziyyət dəyişib. Hazırda Tramp Rusiya ilə əməkdaşlıq siyasəti aparır. Faktiki olaraq tərəflər artıq masaya oturublar. Prosesin gedişi onu göstərir ki, qarşıdakı dönəmdə biz ABŞ və Rusiya prezidentlərinin görüşünün şahidi ola bilərik. Trampın Ukraynaya qarşı tutduğu mövqe onu göstərir ki, proseslər Putinin arzuladığı ssenari üzrə gedir. Əgər Rusiya Ukraynadan istədiyini ala bilsə, o zaman Cənubi Qafqaza yenidən diqqətini artıracaq və bölgədən çıxma kimi məsələlər də arxa plana keçəcək. Bu gün "Teleqram" kanallarında 102-ci bazadan avto kalaonların, hərbi texnikaların çıxması və onların müxtəlif istiqamətlərdə hərəkət etməsi nümayiş olunur. Rusiya bununla sübut etməyə çalışır ki, onun hərbi bazası yerindədir və 2044-cü ilə qədər Ermənistan ərazisində qalmasında israrlıdır. Dəyişən şərtlər yaxın dövrlər üçün real görünmür".
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 10 mart 2025
f Paylaş

Oxşar xəbərlər

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xeber siyaseti xeberler bugun sou xeberler bugun son.xabar