Paşinyan Əliyevə ikitərəfli görüş təklifi edib? - Pərdəarxası detallarla bağlı İLGİNC AÇIQLAMA

Paşinyan Əliyevə ikitərəfli görüş təklifi edib? - Pərdəarxası detallarla bağlı İLGİNC AÇIQLAMAErməni deputat Sərkis Xandanyan Moskva görüşü ilə bağlı bəzi təfərrüatları açıqlayıb və Paşinyanın Əliyevə ikitərəfli görüş təklif etdiyini deyib.
Hərçənd Xandanyanın bu açıqlaması real qarşılanmır və Ermənistan tərəfinin növbəti riyakarlığı kimi qarşılanır.
Mövzunu "KONKRET.az"a şərh edən politoloq Oqtay Qasımov bildirib ki, Ermənistan tərəfindən verilən məlumatların əhəmiyyətli hissəsi dezinformasiya və ya manipulyasiya xarakterli olur:
"Xandanyanın açıqlamalarının bir çoxunun dezinformasiya olduğu açıq-aşkar görünür. Öncə qeyd edim ki, ikitərəfli formatda görüş təklifi bir il öncə Azərbaycandan gəlib. Bu, daha uyğun platforma hesab olunub. Ermənistan isə hər zaman bu formatdan yayınmağa çalışıb. Bu və ya digər formada özünə yaxın saydığı yeni himayəçilərinin görüşlərdə iştirak etməsini istəyib. Bu fikir Ermənistanın həm hakim, həm də müxalifət partiyalarında qəbul edilən bir düşüncədir. O ki, qaldı Paşinyanın belə bir təklif verməsinə və rəsmi Bakının bundan imtina etməsinə, bunu real saymıram. Digər tərəfdən, Ermənistan tərəfi son dövrlər sülhə və görüşlərə hazır olduğunu bəyan edir. Bütün bu məlumatların hamısı təbliğat kampaniyasının tərkib hissəsidir. Yaxud onlar sülh istəyən tərəf imicini yaratmaq üçün bu cür açıqlamalar verirlər. Amma məsələ ondan ibarətdir ki, Ermənistanın istədiyi sülh müqaviləsi yarımçıq sənəddən ibarətdir. Prinsipial məsələlər həll olunmadan sülh müqaviləsi imzalana bilməz. Bu, Ermənistan tərəfinə açıq şəkildə izah edilib".
Politoloqun sözlərinə görə, ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı məsələ öz həllini tapmalıdır. Eyni zamanda minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməməsi Azərbaycanda ciddi etimadsızlıq yaradır. Ona görə də, İrəvanın öz öhdəliklərini yerinə yetirəcəyinə ümid azdır. Azərbaycan tərəfi isə bunu bildiyindən yarımçıq sülhə razılaşmır. Bütün məsələlər razılaşdırılmayana qədər sülhdən danışmaq mümkün deyil. İndi vəziyyət dəyişib və Ermənistan özü-özünü təkzib edərək Azərbaycanla yarımçıq sülhə can atır. Təbii ki, Azərbaycan bunu qəbul etməyəcək. Ona görə də, nəzəri baxımdan Paşinyanın bu təklifi etdiyinə inansaq belə, ikitərəfli görüşün heç bir mənası və nəticəsi olmayacaq.
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 16 oktyabr 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda geosiyasi rəqabəti yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyanın ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük üçü

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək. xəbər verir ki, bunu Marqus Tsahkna bildirib. "Tərəfdaşlığımızı

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler az bugun xeberler metbuat