Paşinyan ermənilərə Qarabağda 'statusun' dəfn edildiyini başa salır

Paşinyan ermənilərə Qarabağda 'statusun' dəfn edildiyini başa salırNikol Paşinyanın son müsahibəsi Qarabağ və regional proseslər baxımından birdən çox ciddi açıqlamalarla yadda qaldı: əvvəlki çıxışları ilə müqayisədə həm yeni fikirləri, həm də müəyyən iddialarından imtina etməsi ilə diqqət çəkir;
2016-cı ilin "aprel müharibəsi"ni xatırladır və mesaj verir ki, "status" məsələsinin "dəfn edilməsi" onun yox, keçmiş hakimiyyətin günahıdır.
- BMT Təhlükəsizlik Şurası Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb, o vaxtdan ATƏT-in Minsk qrupu həm də regionun statusu məsələsi ilə məşğul olub; lakin 2016-cı ildə status məsələsi yenidən BMT TŞ-yə qaytarıldı və bu, Ermənistan üçün "fəlakət"lə nəticələndi, çünki ən mötəbər beynəlxalq platforma çərçivəsində Qarabağın statusuna ümid etmək mümkün deyil; əgər Minsk Qrupu platformasında Ermənistanın Qarabağa "xüsusi status" iddia etmək şansı var idisə, Təhlükəsizlik Şurasında bu, mümkün deyil;
- Qarabağda yaşayan azərbaycanlıların hüquqları heç vaxt mübahisəli olmayıb, olmayacaq da; "Dağlıq Qarabağ Muxtar Vilayəti" danışıqlar prosesində heç vaxt sırf erməni birliyi kimi nəzərdə keçirilməyib, ən azından erməni-azərbaycanlı icması olaraq qəbul edilib; bölgənin müqəddəratını yalnız azərbaycanlı sakinlərin iştirakı ilə həll etmək olar;
- "Kazan düsturu" Azərbaycanın razılaşmadığı "aralıq statusu" məsələni nəzərdə tuturdu; 2016-cı ilin yanvarında isə vasitəçilərin yeni sənədlər paketində "Qarabağın aralıq statusu" ifadəsi yox idi, erməni tərəfi bununla razılaşmadı və nəticədə "aprel müharibəsi" baş verdi; müharibədən sonra yenə eyni təklif gəlir, İrəvan yenə rədd edir, 2016-cı ilin avqustunda yeni sənədlər paketi peyda olur və "Qarabağın statusu" BMT Təhlükəsizlik Şurasına qaytarılır, yəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində...
Nikol Paşinyan baş verənlərə görə keçmiş hakimiyyəti ittiham edir, bildirir ki, əgər o vaxt Qarabağın statussuz vəziyyəti ilə danışıqlar prosesinə razılıq verilsəydi, vəziyyət bu həddə çatmazdı, məhz buna görə indi "statusun" Azərbaycan Konstituasiyana uyğun həlli vəziyyəti yaranıb.
Erməni baş nazir bununla bəyan edir ki:
Birincisi, "statusun" olmayacağı ilə razılaşmağa məcburdurlar və buna görə o yox, keçmiş hakimiyyət məsuliyyət daşıyır;
İkincisi, erməni cəmiyyətinə "Minsk qrupu formatında "status"un gündəmdə qalmasına çalışacağını" vəd etsə də, ciddi nəticə gözləməməyin də mesajını verir;
Paşinyan çıxışı ilə bağlı yaranan etiraza münasibət bildirərkən, müəyyən korrektlər etsə də, yenə ümumi mövqeyini saxladı və hər şeyə görə günahkarın keçmiş hakimiyyət olduğunu bəyan etdi.
Proseslərin yekun sülh sazişinə doğru getdiyi müşahidə edilir. Paşinyan da bildirir ki, "Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır". Əvvəl də bu haqda danışmışdı, lakin İrəvanın gündəliyi çərçivəsində. İndi isə sülh müqaviləsində Bakının gündəliyinə yaxın mövqedən çıxış edir.
İstisna deyil ki, Sankt-Peterburqda gözlənilən Əliyev-Paşinyan görüşündə sülh müqaviləsi də müzakirə olunacaq.
///Publika.az

Siyasi       Tarix: 28 dekabr 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bugun zelzele futbol xeberleri son xeberler 2026