Paşinyan: Ermənistan TRIPP-in icrasını təxirə salmaq niyyətində deyil
Ermənistan TRIPP-in həyata keçirilməsini təxirə salmaq niyyətində deyil, buna heç bir səbəb yoxdur.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı deyib.
Paşinyanın sözlərinə görə, yaxın gələcəkdə Ermənistanla ABŞ arasında müvafiq saziş imzalanacaq və TRIPP layihəsinin praktiki icrasına başlanılacaq.
Ermənistanın Baş naziri bildirib ki, İrəvan artıq Azərbaycan üzərindən tranzit yollarından istifadə edir və istənilən vaxt Azərbaycan və Türkiyə arasında tranziti təmin etməyə hazırdır.
O, Ankara və Bakının hələlik İrəvanın qarşılıqlı təklifindən istifadə etmədiyini qeyd edib.
Paşinyan əmindir ki, kommunikasiya yollarının açılması ilə bağlı Ermənistan və Azərbaycanın niyyətləri bir-birinə zidd deyil və hər iki tərəfin maraqlarına əsaslanır.
"Biz gərgin və dəyişkən bir regionda yaşayırıq və əgər özümüz özümüzə qayğı göstərməsək, bu sarsıntılar bizə də təsir edəcək. Aramızda münaqişələr dövlətçiliyimizi həssas vəziyyətə gətirir və bizi geosiyasi baxımdan əlverişli bir hədəfə çevirir", – o əlavə edib. / azxeber.com

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK