Paşinyan: Ermənistanda 44 günlük müharibədən sonra xeyli sayda silah yoxa çıxdı
44 günlük müharibədən sonra çoxlu sayda silah yoxa çıxıb.
KONKRET.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı deyib.
"44 günlük müharibədən sonra çoxlu sayda silahımız yoxa çıxıb və biz bu mövzunu bir neçə dəfə müzakirə etmişik. Bu məsələ Təhlükəsizlik Şurasında da müzakirə olunub", – o bildirib.
Baş nazir qeyd edib ki, o, daxili işlər nazirinə qanunsuz silah və sursatların axtarışı metodologiyasına yenidən baxılmasını tapşırıb.
"İstifadə etdiyimiz metodlar yeni çağırışlara cavab vermir. Yeni metodlardan istifadə etməklə artıq kiçik də olsa, müəyyən nəticələr əldə etmişik. Biz bu üsulla qeyri-qanuni silah və sursatları aşkarlaya bilərik", – N.Paşinyan əlavə edib.
O, həmçinin ölkədə qanuni silahların sayının artmasına da diqqət çəkib. Baş nazir tolerant cəmiyyət qurmaq üçün silah əldə etməyin nə dərəcədə məqbul olduğunu başa düşməyin vacibliyini vurğulayıb.

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR