Paşinyan Fransa Senatının Azərbaycana qarşı qətnaməsinə soyuqqanlı yanaşır - Vardanyan
"Ermənistan hakimiyyəti Fransa prezidentini və hökumətini Senatın qətnaməsinə əməl etməyə və Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırmalı idi".
KONKRET.az xəbər verir ki, bu fikri "Hayastan" ümumerməni fondunun sabiq direktoru Ara Vardanyan səsləndirib.
Onun fikrincə, erməni tərəfi bu qətnamədən "silah kimi" istifadə etməli və bütün strukturlarda istinad etməli idi.
"Çünki bu sənəddə həm də "qondarma Artsax"-ın müstəqilliyinin tanınması haqqında müddəa var. Lakin hakimiyyət tamamilə əks mövqe nümayiş etdirir" – deyə Vardanyan bildirib.
O, hesab edir ki, hakimiyyətin reaksiyası mümkün qədər passiv olub. Üstəlik, Ermənistanın baş naziri Nikol Paşinyanla Fransa prezidenti Emmanuel Makron arasında keçirilən görüşdə qətnamə ilə bağlı bir kəlmə də danışılmayıb.
"Gözlənilirdi ki, bu görüşdə ilk mövzu qətnamənin qəbulu ilə bağlı Fransaya minnətdarlıq, həmçinin sözügedən sənədin təsdiqlənməsi üçün Fransa Prezidenti və hökumətinə müraciət olacaq", – Vardanyan bildirib.
O, əmindir ki, Ermənistanın baş nazirinin belə mövqeyi onun Azərbaycan Prezidentinə qarşı patoloji qorxusu ilə bağlıdır.
""Paşinyan "Fransanın Azərbaycanı cəzalandırmasını istəmir" Qətnamənin qəbuluna hakimiyyətin passiv reaksiyası da məhz bununla bağlıdır" – deyə Ara Vardanyan əlavə edib.
Günel Mikayılova,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü