Paşinyan görün Azərbaycana qarşı NƏ ETDİ - Bu dəfə

Paşinyan görün Azərbaycana qarşı NƏ ETDİ - Bu dəfəErmənistanın baş naziri Nikol Paşinyanın sülh oyunbazlığı davam edir. Son vaxtlar daha qabarıq görünən bu yalançı konstruktivlik paralel surətdə Azərbaycanın suçlanması fonunda özünü büruzə verməkdədir. Bu da növbəti fakt.
KONKRET.az xəbər verir ki,  "Azərbaycan "Dünyanın kəsişməsi" layihəsinin Ermənistana on milyardlarla dollar gəlir gətirə biləcəyindən narahatdır".
Belə bir absurd iddianı Paşinyan ötən həftəsonu İrəvanda keçirilən "Dünyanın kəsişməsi: Təhlükəsizlik və demokratiyanın birləşməsi" konfransı zamanı irəli sürüb.
Onun sözlərinə görə, bu kontekstdə Azərbaycanın narahatlığı ikitərəflidir: "Bir tərəfdən, Azərbaycan ciddi şəkildə düşünür ki, əgər Ermənistanın strateji perspektivdə ona qarşı təcavüzkar planları varsa, bu vəsaitlər ona qarşı istifadə oluna bilər, digər tərəfdən, Azərbaycanın Ermənistana qarşı təcavüzkar niyyəti varsa, milyardlarla vəsait Ermənistanın müdafiə qabiliyyətini artırmaq üçün istifadə oluna bilər ki, bu da onun (Bakının – red.) təcavüzkar planlarının həyata keçirilməsində problemlər yaradacaq".
Nikol Paşinyan ardınca yenə köhnə bayatını oxuyaraq iddia edib ki, "Ermənistan Azərbaycana və ümumilikdə region ölkələrinə qarşı hər hansı təcavüzkar niyyətinin olmadığını dəfələrlə bəyan edib".
"Biz bütün qonşularımızın ərazi bütövlüyünü tanıyırıq və bununla bağlı de-yure öhdəliklər götürməyə hazırıq. Üstəlik, Ermənistan bəyan edir ki, işğal olunmuş ərazilərinin hərbi yolla geri qaytarılması məsələsini gündəmə gətirmir (guya Azərbaycan Ermənistan ərazisinə girib! – red. ), çünki delimitasiya prosesində Azərbaycanla imzaladığımız sənəd bu prosesin dinc, hüquqi əsaslarla baş tutması üçün hər cür imkan yaradır. Ancaq Azərbaycan həm Ermənistan ərazisindən yolların açılmasını, həm də Ermənistanın blokadada qalmaqda davam etməsini (? – red.) istəyir. Bu, məntiqsiz yanaşmadır və Ermənistan üçün məqbul sayıla bilməz".
Politoloq Qabil Hüseynli bildirdi ki, Nikol Paşinyan həmişəki ziqzaqlı mövqeyini davam etdirir: "Bir tərəfdən dünyanın nəzərində Ermənistanın guya sülhpərvər, qonşularına ərazi iddiası olmayan dövlət olduğunu yeritmək istəyir, o biri tərəfdən Azərbaycanla sülhün baş tutmaması üçün addımlar atır. Azərbaycana qəbul edilməsi mümkün olmayan təkliflərin irəli sürülməsi, Azərbaycanın Ermənistanın ərazisini işğal etdiyinin Paşinyan tərəfindən iddia edilməsi, konstitusiyada, dövlət gerbində Azərbaycana qarşı, Türkiyəyə qarşı ərazi iddialarının ləğv edilməsindən imtina olunması da sülhdən yayınmaq üçündür. Görün Paşinyan nə dərəcədə həyasız siyasətçidir ki, öz ölkəsinin konstitusiyasında qonşu dövlətə qarşı ərazi idddiası olmasına baxmayaraq həyasızcasına deyir ki, Ermənistanın qonşularına qarşı ərazi iddiası yoxdur, olası deyil. Azərbaycana böhtan atmaqda yorulmur bu şəxs. Zəngəzur dəhlizi istifadəyə verilsə, bundan ən çox maddi qazanc götürən Ermənistan olacaq. Azərbaycan Ermənistanın maddi gəlir götürməsindən qorxursa, elə ilk növbədə Zəngəzur dəhlizinin açılmasını istəməz. Paşinyanın bir iddiasını da bu arqument puça çıxarır və məntiqsiz olduğunu sübut edir".
/ "Yeni Müsavat"

Siyasi       Tarix: 15 oktyabr 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda geosiyasi rəqabəti yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyanın ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük üçü

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək. xəbər verir ki, bunu Marqus Tsahkna bildirib. "Tərəfdaşlığımızı

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler az bugun xeberler metbuat