Paşinyan hakimiyyəti itirsə, sülh prosesinin taleyi necə olacaq? - Detallar

Paşinyan hakimiyyəti itirsə, sülh prosesinin taleyi necə olacaq? - DetallarErmənistanda keçiriləcək parlament seçkilərinə sayılı günlər qalır. İyunun 7-də baş tutacaq səsvermə ölkənin daxili siyasi gələcəyi ilə yanaşı, regionda baş verən proseslər baxımından da diqqətlə izlənilir. Seçkilər ərəfəsində xarici qüvvələrin prosesə mümkün təsiri, eləcə də nəticələrin Ermənistan-Azərbaycan normallaşma gündəliyinə və sülh perspektivlərinə təsiri ilə bağlı müzakirələr aparılır.
Bəs Baş nazir Nikol Paşinyanın hakimiyyətdə qalmaması regionda sülh prosesinə necə təsir göstərə bilər?
Politoloq Turan Rzayev azxeber.com-a açıqlamasında bildirib ki, Ermənistanın son illərdə izlədiyi xarici siyasət kursu seçkilərə kənar təsir cəhdlərini qaçılmaz edir:
Paşinyan hakimiyyəti itirsə, sülh prosesinin taleyi necə olacaq? - Detallar"Ermənistanda keçiriləcək parlament seçkiləri həm ölkənin özü, həm də region üçün mühüm siyasi hadisədir. Ermənistanın son illərdə həyata keçirdiyi xarici siyasət seçki prosesinə xarici təsir cəhdlərini qaçılmaz edir. Bu seçkilər müəyyən mənada Gürcüstandan sonra Qərblə Rusiya arasında geosiyasi rəqabətin növbəti mərhələsi kimi qiymətləndirilə bilər. Baş nazir Nikol Paşinyan Qərbə inteqrasiya siyasəti yürüdür, ABŞ və Avropa İttifaqı ilə münasibətlərin inkişafına xüsusi önəm verir".
Politoloq qeyd edib ki, hazırkı şəraitdə Paşinyanın seçkilərdə qalib gəlmək şansı daha yüksək görünür:
"Bu müddətdə Azərbaycanla sülh prosesində müəyyən irəliləyişlər əldə olunub. Eyni zamanda, Türkiyə ilə münasibətlərin normallaşdırılması və sərhədlərin açılması istiqamətində danışıqlar davam edir. Paşinyan belə bir siyasi fonda seçkilərə qatılır. Mövcud sorğular və müşahidələr onun reytinqinin kifayət qədər yüksək olduğunu göstərir. O, cəmiyyətin mühüm hissəsinin dəstəyini qazanıb və seçki kampaniyasını effektiv şəkildə aparır. Buna görə də Paşinyanın yenidən qələbə qazanmaq ehtimalı yüksək qiymətləndirilir".
Ekspert Rusiyanın seçki prosesinə təsir imkanlarının da nəzərdən qaçırılmamalı olduğunu vurğulayıb:
"Rusiyanın seçkilərə müəyyən təsir göstərmək imkanları istisna edilmir. Moskva seçkiqabağı dövrdə müxalif qüvvələrə müxtəlif formalarda dəstək verib. Rusiyada yaşayan ermənilərin seçkilərdə iştirakı da nəticələrə təsir vasitəsi kimi istifadə oluna bilər. Bundan əlavə, Rusiya Ermənistanı iqtisadi təzyiq rıçaqları ilə, o cümlədən sanksiyalar və bəzi məhsulların idxalına məhdudiyyətlər tətbiq etmək ehtimalı ilə təhdid edir. Paşinyanın qələbəsi halında bu təzyiqlərin daha da artacağı gözlənilir. Müxalifət isə xarici müdaxilə iddialarından hakimiyyətə qarşı əsas ittiham vasitəsi kimi yararlana bilər".
Turan Rzayev bildirib ki, revanşist qüvvələrin hakimiyyətə gəlməsi sülh prosesinin tam dayanacağı anlamına gəlmir:
"Paşinyanın hakimiyyəti dövründə Azərbaycan və Ermənistan arasında aparılan danışıqlarda müəyyən nəticələr əldə olunub. Mövcud şəraitdə onunla dialoq qurmaq və qarşılıqlı anlaşma əldə etmək daha asan görünür. Paşinyan əvvəlki siyasətin nəticələrini praktikada görmüş və bundan müəyyən nəticələr çıxarmış siyasətçidir. Əgər revanşist qüvvələr hakimiyyətə gəlsələr, sülh prosesi tamamilə dayanmayacaq. Lakin hazırda müşahidə olunan müsbət dinamikanın zəifləməsi və ya müəyyən müddətə dayanması ehtimalı yüksəkdir. Bu isə regionda sabitliyin möhkəmləndirilməsi prosesini ləngidə bilər".
Şahanə Ziyad

Siyasi       Tarix: 02 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun 2026 muharibe futbol xeberleri iqtisadiyyat xeberleri bugun xeberler bu gun