Paşinyan: Heç kim indi sual vermir ki, Köçəryanda milyardlar haradandır
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin sabiq prezidenti Robert Köçəryanın həbsini şərh edərək onun korrupsiya sxemlərini açıqlayıb.
KONKRET.azxəbər verir ki, bu barədə Ermənistanın baş naziri cümə axşamı hökumət iclasından sonra keçirilən brifinqdə bildirib.
"İndi heç kim sual vermir: Robert Köçəryanda bu milyardlar haradandır? O deyir: "Biz bizneslə məşğul olmuşuq". Kimi aldadırlar? Yəni onlar belə uğurlu iş adamlarıdır, biz isə ümumiyyətlə heç kimdən heç nə müsadirə edə bilmərik? Bəs onların "Toyota İrəvan"da şəxsi payının olması – bu biznes fəaliyyətidir?! İrəvanın mərkəzində torpaqları qəsb edib onları alış qiymətindən 20-30 dəfə baha satmaq biznesdir?!", – Paşinyan deyib.
O, həmçinin qeyd edib ki, korrupsiya sxemlərinin ləğvi əhəmiyyətli məsələdir.
"Həm Robert Köçəryan, həm Serj Sarqsyan, həm də Qaqik Tsarukyan öz qanuni pensiyaları və qanuni gəlirləri ilə yaşamalıdırlar. Qanunsuz yolla əldə edilənlər isə qəpiyinə qədər dövlətə və onun xalqına qaytarılmalıdır! Başqa variant yoxdur. Əgər bu baş verməzsə, bu o deməkdir ki, yeni inqilab baş verməlidir", – Paşinyan vurğulayıb.

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - "Güllü"nün qızı ilə bağlı şok iddialar
Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun