Paşinyan: "KTMT Ermənistanın təhlükəsizliyini və suverenliyini təhdid edir"
Ermənistanın Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ölkəsi üçün təhlükə yaratdığını bildirib.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, Paşinyan KTMT-ni Ermənistanın "təhlükəsizliyinə, gələcək mövcudluğuna, suverenliyinə və dövlətçiliyinə təhdid" adlandırıb.
Ermənistanın KTMT-dəki iştirakını dondurduğunu xatırladan Nikol Paşinyan ölkəsinin sözügedən quruma qayıda biləcəyi ehtimalını da dəyərləndirib:
"Ermənistanın KTMT-yə qayıtmaq barədə düşünüb-düşünməməsi ilə bağlı müzakirələr gedir. Biz yalnız verdiyimiz suallara konkret cavablar verilsə, KTMT-də iştirakımızı tam bərpa edəcəyik. Son iki ildə suallarımız eşidilmir və eşidiləcəyinə də ümid yoxdur".
Onun sözlərinə görə, Ermənistan "dönüş olmayan nöqtəni" keçməyə hazırdır, bundan sonra KTMT ilə bütün əməkdaşlığı dayandırılacaq. O vurğulayıb ki, belə bir qərara görə Ermənistan hakimiyyətini tənqid etmək üçün ağlabatan səbəb görmür.
Natiq Səlim,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Bank Respublika qan donorluğuna dəstəyə görə təltif olundu
Rejim dəyişikliyi yoxsa hakimiyyətin xilası? – İranda nələr baş verir?
Hakan Fidan Rusiyaya səfər edəcək
Elçibəy Heydər Əliyevə üç dəfə xüsusi təyyarə göndərmişdi
Fərhad Mehdiyevin qızı faciəvi şəkildə həyatını itirdi
Ağ Ev yaxınlığında HƏYƏCAN - Hücum edildi
Əməkdar mədəniyyət işçisi ağır qəzaya düşdü - Fotolar
DÇ-2026: Argentina və Fransa mübarizəyə qoşulur
Fransa və Argentina mübarizəyə qoşulur - DÇ-nin təqvimi
Türkiyədə avtomobilin dərəyə aşması nəticəsində 3 uşaq ölüb
Avropa Liqası: "Qarabağ"ın rəqibi bəlli olacaq
Mən olmasaydım, İsrail mövcud olmazdı - Tramp
ABŞ bu ölkədə silah anbarı tikir
SON DƏQİQƏ! ABŞ–İran anlaşmasının TAM MƏTNİ