Paşinyan Moskvaya ekoloji konfransda iştirak üçün yox, buna görə gedib - PƏRDƏARXASI ŞOK MƏQAMLAR
"Paşinyanın Rusiya səfəri yalnız konfransla bağlı deyil. Başqa vaxt Paşinyan bəlkə də bu səfərdə maraqlı olmazdı. Amma indiki şəraitdə Rusiya və Ermənistan arasında müzakirə olunacaq kifayət qədər mövzular var".
Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Oqtay Qasımov səsləndirib:
"Paşinyan Qərbə inteqrasiya ilə paralel olaraq Rusiya ilə iqtisadi-siyasi əlaqələri davam etdirmək istəyir. Şübhəsiz ki, Ermənistan Rusiyanın hərbi çətirindən və təhlükəsizlik sistemindən uzaqlaşmağa çalışır və bu istiqamətdə addımlar atır. Son dövrlər Ermənistanın xarici siyasəti Rusiyada narahatlıq və narazılıq yaradır. Xüsusilə, Zəngəzur dəhlizi məsələsi ilə bağlı ortaya çıxan məsələlər Rusiya hakimiyyətini qəzəbləndirib. Belə ki, Lavrov və Matviyenkonun Ermənistana səfərindən sonra kütləvi həbslər başladı. Müəyyən olundu ki, kilsə və revanşist qüvvələr hakimiyyət çevrilişi etmək istəyirdilər. Bunun qarşısı alındı. Təbii ki, Paşinyan Mişustinlə Zəngəzur dəhlizi, Karapetyanın həbsi və İrəvan-Aİ münasibətləri ilə bağlı mövzular müzakirə ediləcək. Bu gün Rusiya KTMT-dən faktiki olaraq çıxmış sayılır və Avrasiya İqtisadi İttifaqında qalmaqla Qərbə inteqrasiyaya can atır. Bu baxımdan tərəflər arasında müzakirə olunacaq kifayət qədər ciddi məsələlər var".
Ekspertin sözlərinə görə, Mişustin ikinci şəxs mövqeyindədir və Putinin təlimat və fikirlərini Paşinyana çatdıracaq:
"Görünən odur ki, Putin Paşinyanla görüşmək istəmir. Paşinyan isə Rusiyanın himayəsində olan adamlara qarşı sərt siyasət yürüdərək bu cür cavab verir. Ermənistanda rusiyayönlü şəxslərin həbsi bunun bariz nümunəsidir. Yəni ekoloji tədbirdə iştirak əsas məsələ deyil. Paşinyan Moskvaya digər vacib mövzuların müzakirəsi üçün gedib".
Müşviq Tofiqoğlu
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı