Paşinyan niyə sülhə tələsir?

Paşinyan niyə sülhə tələsir?Ermənistanın baş naziri Nikol Paşinyan, Ermənistan İctimai Televiziyasına verdiyi müsahibədə, Azərbaycanla sülh sazişinin 2024-cü ilin sonuna qədər imzalanması üçün bütün səylərini göstərəcəyini bildirib.
KONKRET.az xəbər verir ki, Paşinyan ölkəsinin Azərbaycanla sülh prosesində müsbət irəliləyişlər olduğunu və Avropa İttifaqı missiyasının delimitasiya olunacaq ərazidə fəaliyyət göstərməməsi təklifini gündəmə gətirib. O, bunun sülh prosesinə müsbət təsir göstərəcəyinə ümid etdiyini qeyd edib.
Bəs Paşinyanı sülhə hansı iqtisadi və siyasi səbəblər tələsdirir?
Mövzu ilə bağlı Sputnik Azərbaycan-a fikirlərini bölüşüblər.
Politoloq Elşən Manafov bildirir ki, Paşinyanı tələsdirən bir neçə məqam var: "Onların arasında Cənubi Qafqazdakı geosiyasi vəziyyəti xüsusi qeyd etmək lazımdır. ABŞ-da Bayden administrasiyasının Tramp iqtidarı ilə dəyişməsi artıq faktdır. Bu faktın özü Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökumətinin təlaşlanması üçün yetərincə önəmli amildir. İstisna deyil ki, Tramp Cənubi Qafqazla bağlı əvvəlki administrasiyadan fərqli siyasət yürüdəcək və Ermənistana əvvəlki münasibəti bəsləməyəcək. Bu isə Paşinyan iqtidarını düşünməyə vadar edir".
Politoloq qeyd edir ki, ABŞ-ın Ermənistanla mnüasibətlərinin xarakterinin dəyişə bilməsi ehtimalı və Ermənistan daxilindəki gərgin siyasi mühit Paşinyanı sülhə tələsdirən əsas amillərdir: "Paşinyan özünün islahatçı imicini qorumaq üçün dividentlər qazanmaq istəyir. 2026-cı ildə nəzərdə tutlmuş seçkilərə hazırlaşan Paşinyan iqtidarının seçkilərdə uğur qazanmaq üçün tutarlı arqumentə ehtiyacı olacaq ki, bunlardan birini də Azərbaycanla sülhün əldə olunması təşkil edə bilər".
"Azərbaycanla münasibətlərin normallaşması üçün sülh sazişi üzrə şərtlərin tam yerinə yetirilməsi zəruridir. Eyni zamanda Azərbaycan-Rusiya münasibətlərindəki müsbət dinamika, bundan fərqli olaraq Ermənistanın Rusiya ilə münasibətlərində gərginliyin yüksəldilməsi istiqamətində götürülümüş məlum xətt də təbii ki, Paşinyan iqtidarının xeyrinə deyil. Paşinyan anlayır ki, bu amil Azərbaycanla ehtimal edilən növbəti qarşıdurmada onun əleyhinə olacaq. Ona görə də, Ermənistan baş naziri hər ehtimala qarşı Rusiya ilə münasibətlərin müsbət məcraya yönəlməsi üçün addımlar atacaq. Təbii ki, bütün bunlar Ermənistan hakimiyyətinin koorparativ maraqlarından irəli gəlir".
Millət vəkili Fazil Mustafa isə bildirib ki, Ermənistanda Paşinyanın mövqeyi getdikcə zəifləyir: "Ermənistanın elə problemləri var ki, onlar ümummilli əhəmiyyət daşıyır. Onların həlli ilə bağlı hər hansı yekun nəticənin olmaması Paşinyan iqtidarını narahat edir, ona görə sülhə tələsirlər. Sülh danışıqları ilə bağlı müəyyənliyin olması Ermənistan üçün vacibdir. Paşinyan Ermənistanın gələcəyini birdəfəlik təminat altına almaq istəyir. Çünki Azərbaycanla münasibətlərin normallaşması Ermənistan iqtisadiyyatına müsbət təsir göstərə bilər".
"Ermənistanın iqtisadi vəziyyətinin ağırlaşması onun üçün bərpası olmayan problemlərlə nəticələnəcək. Kommunikasiyaların açılması isə inteqrasiya və bölgənin inkişafı üçün faydalı olacaq. Bu baxımdan Paşinyanın bəyanatlarına iqtisadi və siyasi əsaslı yanaşmaların təsiri görünməkdədir. Paşinyan Ermənistan cəmiyyətində gələcəyə hansı bir ümid yaratmaq istəyir", – millət vəkili qeyd edib.
KONKRET.az

Siyasi       Tarix: 25 noyabr 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta mezennesi banklar bugunun xeberleri cəbhədən ən son xəbərlər maşın realiti şou